Arıçılıq məhsullarının satız yarmarkası gələn ay keçiriləcək

img

04-08-2009 [04:21]


Sentyabrın əvvəllərində Bakıda arıçılıq məhsullarının növbəti ümumrespublika sərgi-satış yarmarkası keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsullarının istehsalı və emalı şöbəsindən Müstəqil İnformasiya Agentliinə verilən məlumata görə, bu ilki sərgidə ölkənin müxtəlif bölgələrindən olan 400-dən çox arıçının iştirak edəcəyi gözlənilir. Bu dəfə sərgi-yarmarkaya çıxarılacaq məhsulların çeşidi və keyfiyyəti daha geniş olacaq. Eyni zamanda yarmarkada qiymətlərin də bazardakından ucuz olacağı bildirilir. Artıq indidən arıçılıq məhsullarının istehsalçıları yarmarkaya hazırlaşmaları barədə məlumatlandırılıb. Hələlik sərgi-yarmarkanın yeri dəqiqləşməyib. Rəsmi məlumatlara görə, arıçılığın inkişafı üçün əlverişli coğrafi şərait və zəngin təbiəti olan Azərbaycanda hazırda 126 min arı ailəsi var. Onlardan 1000-i Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan müəssisələrdə, qalanları isə fərdi təsərrüfatlarda saxlanılır. Hər il Azərbaycanda 10 min tondan çox bal istehsal olunur. Hazırda ölkədə 3 mindən çox adam arıçılıqla məşğuldur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA