Aysel Teymurzadə ?Bank Standard?ın keçirdiyi uduzlu tirajın qalibi olub

img

31-07-2009 [04:15]


?Bank Standard?ın ?GəncKart? bütün yay boyunca!? kampaniyasının birinci tirajı keçirildi. Qaliblər fotoaparat, mobil telefon, musiqi pleyeri, hədiyyə kuponları, əyləncə və idman mərkəzlərinə biletlər və s. müxtəlif uduşlara sahib oldular. ?GəncKart? bütün yay boyunca!? kampaniyası çərçivəsində ?Bank Standard?ın baş ofisində iyulun 30-da keçirilən lotereya tirajının qalibləri R. Paşayev, D. Ziyadxanova, G. Abbasova, J. Ələkbərzadə, N. Mahmudova, A. Rzayev oldular. Qaliblərin arasında həm də bu yaxınlarda ?Avrovijn-2009? mahnı müsabiqəsində uğurla çıxış etmiş Aysel Teymurzadə də var idi. Tiraj DQKK tərəfindən təsdiqlənmiş qaydalara uyğun, müstəqil komissiyanın nəzarəti altında keçirildi. Lotereya qaliblərinin müəyyən olunması prosesi bir qrup müştərinin iştirakı ilə baş verdi. ?GəncKart? bütün yay boyunca!? kampaniyası daha iki ay davam edəcək. Kampaniyaya indiyədək qoşulmayan ?GəncKart? sahibləri 2009-cu ilin avqust və sentyabr aylarının sonunda keçiriləcək tirajlarda iştirak edə bilərlər. Xatırladaq ki, ?GəncKart?dan POS-terminal vasitəsilə edilən ödənişlərin hər 10 manatı (və ya dolları) həmin kartın sahibinə bir lotereya şansı verir. Kampaniyanın birinci tirajının qalibləri öz uduşlarını ?Bank Standard?ın Bakı şəhəri, Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisində ala bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA