PARABANK xaricdə oxuyan tələbələrə dəstək verir

img

31-07-2009 [12:35]


10 iyul 2009-cu il tarixində AKİ İNTER şirkətinin təşkilatçılığı, PARABANK-ın sponsorluğu ilə EXCELSİOR Otelində, açıq səma altında möhtəşəm bir gecə keçirildi. PARABANK-mətbuat xidmətindən daxil olan məlumata görə, PULL PARTY adlanan bu gecə Xaricdə təhsil alan tələbələrə həsr edilmişdi. Çılğın işıqlar və coşqun musiqinin müşaiəti ilə keçirilən bu möhtəşəm gecədə 500 nəfərdən çox gənc iştirak etmişdi. PARABANK bu möhtəşəm gecədə iştirak edən hər bir gəncə VİSA Plastic kartlarını hədiyyə etdi. Gecənin iştirakçısı olan hər kəs VİSA Classic kartlarının, gecənin VİP qonaqları isə VİSA Gold kartlarının sahiblərinə çevrildirlər. PARABANK savadlı gələcəyə dəstək məqsədilə misli görünməmiş bir kampaniya başlatdı. Bünövrəsi ümummilli liderimiz H.Əliyev tərəfindən qurulan xaricdə təhsil siyasətinə bir az PARABANK-ın da qatqısı olmasını istədik. İndi PARABANK dövlət və ya qeyri-dövlət xətti ilə xaricdə təhsil hüququnu qazanmış tələbələrə VİSA Plastic kartlarını hədiyyə verir. Bunun üçün tələbələr xaricdə təhsil hüququnu təsdiq edən sənədərini və şəxsiyyət vəsiqələrini banka təqdim etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA