KTN ərzaq buğdası ilə bağlı problemin olmayacağını bəyan edib

img

29-07-2009 [05:17]


?2009-cu ilin məhsulu üçün respublikada 1092 min hektar sahədə payızlıq və yazlıq dənli bitkilər səpilmişdir ki, bundan 807 min hektarı buğda, 250 min hektarı isə arpa sahələridir. 2008-ci illə müqayisədə taxıl 229 min hektar, o cümlədən 203 min hektar buğda çox əkilmişdir?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən məlumat verilib. KTN-dən verilən son məlumata görə, ölkə üzrə 1 milyon 50 min hektar taxıl sahəsi biçilib ki, bu da ümumi əkin sahəsinin 96 faizini təşkil edir: ?Hektardan məhsuldarlıq 26,1 sentner olmaqla, 2 milyon 738 min ton məhsul yığılmışdır. Buğdanın ümumi sahəsinin 97 faizi, yəni 779 min hektarı biçilmişdir. Hektardan məhsuldarlıq isə 26,7 sentner olmaqla, 2 milyon 79 min ton məhsul istehsal olunmuşdur?. KTN-dən onu da bildiriblər ki, 16 rayondan məhsuldarlıq 30 sentnerdən artıqdır: ?Taxıl yığımının mütəşəkkil keçirilməsində, taxılın təmizlənib və çatdırılmasında xüsusi diqqət yetirilib. Bölgədə yüksək səviyyəli toxum alınması üçün toxum təmizləyənlər işlək vəziyyətə gətirilmişdir. Taxıl yığımında aqrotexniklərdə və özəl qurumlarda onların taxılyığan kombayınları işə cəlb edilib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA