Əli Abbasov: "Milli rabitə peykinin buraxılması reallazır"

img

29-07-2009 [03:18]


Milli rabitə peykinin buraxılmasını nəzərdə tutan ?Azərsat? layihəsi çərçivəsində aparılan danışıqlar yekunlaşmaq üzrədir. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, əsas müqavilənin imzalanması üçün artıq bütün sənədlər hazırdır. Tenderin nəticələri isə yaxın günlərdə elan ediləcək. Qeyd edək ki, Azərbaycan 2011-2012-ci illərdə Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək iki telekommunikasiya peykini buraxmağı planlaşdırır. Beynəlxalq peyk bazarına daxil olmaqla Azərbaycan televiziya və radio yayımı, internet, məlumat ötürülməsi, beynəlxalq telefon trafik mübadiləsi və bir çox qabaqcıl xidmətləri yerinə yetirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA