Dövlət qurumları AiB-in satızda olan saxta sementlərlə bağlı müraciətinə cavab vermir

img

29-07-2009 [03:15]


Bu gün ?Ria-Novosti? Agentliyinin konfrans zalında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanın şimal, cənub, qərb və aran bölgələrində satılan sementlərlə bağlı müşahidə və monitorinqin nəticəsini açıqlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, AİB sədri Eyyub Hüseynov ümumilikdə saxta sement istehlakçılarının səviyyəsinin aşağı düşdüyünü bildirib. Onun sözlərinə görə, müşahidə və monitorinqin keçirilməsi ilə əlaqədar AİB dövlət orqanlarına, o cümlədən İqtisadi İnkişaf Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib: ?Əfsuslar olsun ki, Şimal bölgəsi üzrə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən başqa digər rəsmi qurumlar AİB-in təşəbbüsünə reaksiya vermədilər. Quba, Xaçmaz rayonları və Xudat şəhərində topdan və pərakəndə satış yerlərində satılan sementlərin saxta olub-olmaması haqqında monitoriqlər aparılarkən məlum olmuşdur ki, bu bölgədə ?Qaradağsement? ASC-yə məxsus Qaradağ optimal və Qaradağ spesial sementləri və Rusiya ölkəsində istehsal olunmuş ?Evrosement? mal nişanlı sementlər satılır. Quba şəhəri, Vaqif küçəsində, f/ş Zalıbəyov Nərimana məxsus məxsus mağazada 40 ədəd 50 kq-lıq kisələrdə Qaradağ mal nişanı ilə saxta optimal sement aşkar edilmişdir. Bundan əlavə, Xaçmaz şəhəri, Xaçmaz-Bakı yolunda f/ş. Cahangirov Cahangirə məxsus tikinti materialları mağazasında 120 kisə saxta Rusiyada istehsal olunan ?Evrosement? mal nişanlı sementlər aşkar edilib. Nəticədə saxta sementlərin satışı dövlət orqanları tərəfindən dayandırılmışdır. Respublikanın cənub bölgəsində yerləşən Masallı, Lənkəran və Biləsuvar rayonlarında satılan sementlər əsasən ?Qaradağsement? ASC-yə məxsus Qaradağ optimal və Qaradağ spesial sementləri, İran istehsalı olan Ərdəbil sementi və Kars sementləri satılır. Lakin cənub bölgəsində saxta sementlər aşkar edilməmişdir. Qərb bölgəsində yerləşən Qazax, Şəmkir, Bərdə, Gəncə və Yevlax rayonlarında aparılan monitorinqlərə gəlincə isə, orada Gürcüstanda istehsal olunmuş ?Evrosement? mal nişanlı sementlər və Türkiyə istehsalı olan Trabzon sementləri satılır. Burada da saxta sement müşahidə edilməyib. Aran bölgəsində yerləşən Hacıqabul, Sabirabad, Saatlı və Salyan rayonlarında satılan sementlər əsasən, ?Qaradağsement? ASC-yə məxsus Qaradağ optimal və Qaradağ spesial sementləri, Qaradağ AND spesial markalı sementlər, İran istehsalı olan Ərdəbil sementi, Kars sementləri və Gürcüstan istehsalı olan ?Evrosement? mal nişanlı sementlər satılır. Sabirabad rayonu, H.Əliyev küçəsi 2 ünvanında yerləşən f/ş Axundov Hüseyn Rasim oğluna məxsus mağazada 154 ədəd saxta Rusiya istehsalı olan ?Evrosement? mal nişanlı sementlər aşkar edilib. Bu sementlərin üzərində ştirx kodlar saxtalaşdırılmışdır?. AİB sədri onu da bildirib ki, respublika ərazisində satılan sementlərlə bağlı aparılan araşdırmalardan belə bir nəticəyə gəlmək olar ki, 2006-cı illə müqayisədə sement bazarında vəziyyət yaxşılaşmağa doğru gedir: ?Biz çalışırıq ki, saxta sement satışına son qoyulsun. Qarşıdan növbəti monitorinqlərimiz Bakı şəhəri üzrə reallaşa bilər. Ölkə perzidentiinin fərmanı ilə 24 iyun 2009-cu il tarixdə istehlakçı hüquqlarını qoruyan ayrıca dövlət qurumu yaradıldı. Bu bizlərin böyük qələbisi kimi qiymətləndirmək olar. Bütün bunlara baxmayaraq, saxta məhsulların satışı hələ də bazarlarımızı korlayır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA