Kirayə mənzil bazarındakı passivlik aradan qalxmayıb

img

27-07-2009 [06:19]


?Hazırda kirayə mənzil bazarı qismən də olsa, aktivləşmək üzrədir. Lakin bütün bunlara baxmayaraq, bazara məxsus olan passivlik tam bitməyib?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?NBA? Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov kirayə mənzil bazarındakı vəziyyətə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, artıq passiv mərhələnin sonuna yaxınlaşırıq: ?Bundan əlavə, qiymətlərdə iyulun əvvəli və sonunda da təxminən 1,2 faizə yaxın azalma var idi. İndi isə qiymətlərdə stabilləşmə müşahidə edilir. Avqust ayının birinci dekadasında bazar aktivləşəndə, qiymətlərdə də ola bilsin ki, hər hansı bir artım baş versin. Hələki bunu passiv mərhələnin sonu, aktivləşmə mərhələsinin astanası kimi qiymətləndirirəm?. N.İbrahimov onu da bildirib ki, aktivləşmə 500 dollara qədər mənzillərdədir. Belə mənzillər isə əsasən, şəhərin 2-ci və 3-cü zonasını əhatə edir: ?Bakı şəhərinin kənar hissələri, yəni 4-cü zonada da aktivləşmə var. Yəni Mərdəkan, Buzovna, Novxanı və Bilgəh ərazilərində həyət və bağ evlərində aktivləşmə hələ iyulun əvvəlindən mövcuddur. Lakin həmin ərazilərdəki çoxmənzilli binalarda aktivlik müşahidə edilmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA