Neft Fondunun prezidenti 6 ayın yekunu ilə bağlı hesabat verib

img

24-07-2009 [05:03]


Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov 2009-cu ilin 6 ayı üzrə yekun hesabatı ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2009-cu ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 milyard 156,3 milyon manat, büdcə xərcləri isə 2 milyard 685,7 milyon manat təşkil edib: ?2009-cu ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 milyard 989,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 miyard 907,6 milyon manat, tranzit gəlirləri 5 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi üzrə dividentlərdən 75,5 milyon manat, akrhesabı ödənişlər 1,1 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil edib?. ARDNF-nun prezidenti onu da bildirib ki, ötən ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 167 milyon manata bərabər olub. Onun sözlərinə görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 100,5 milyon manat təşkil edib: ?Hesabat dövründə ərzində Neft Fondunun 2009-cu il büdcəsinin icrası çərçivəsində 2 milyard 530 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 61,9 milyon manat və 68,5 milyon manat vəsait ayırılıb. Bundan əlavə, 1,1 milyon manat ?Bakı-Tbilisi-Qars yeni dəmir yolu? layihəsinin maliyyələşdirilməsinə yönəldilib. 2009-cu ilin ilk 6 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,7 milyon manat təşkil edib. 2009-cu il iyulun 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 6,35 % artaraq 9 milyard 557,7 milyon manata (11 milyard 886,4 milyon ABŞ dolları) bərabər olub?. Ş.Mövsümov növbəti ilin büdcə haqqında proqramın artıq yekunlaşmaq üzrə olduğunu nəzərə çatdırıb: ?Ancaq hələlik konrter olaraq rəqəmi indidən söyləmək çox çətindir. Çünki bildiyiniz kimi, dünyada baş verən böhran hələ səngiməyib. Bundan başqa xaricdən valyuta ehtiyatlarının da gətirilməsi gözlənilmir. Biz Neft Fondundan dövlət büdcəsinə transfertlə bağlı Maliyyə Naziriliyi ilə daimi operativ əlaqədəyik. Nəzərdə tutulur ki, Fonddan büdcəyə artıq pul axacaq. İlin əvvəli neftin qiyməti 48 dollar təşkil edirdi. İndi isə 60 dollardan yüksəkdir. Hesab edirəm ki, ilin sonu neftin qiymətində artım müşahidə edilsin. Bundan əlavə, ilin 6 ayında xarici menecerliyin fəaliyyəti qənaətbəxş hesab edilir. Ancaq yeni menecerlərin cəlb edilməsi nəzərdə tutulmur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA