?Qaçqınkom?un ?Azəriqaz?la ?Azərenerji?yə borcu yoxdur

img

24-07-2009 [01:43]


?Qaçqın və məcburi köçkünlərin ?Azəriqaz? və ya ?Azərenerji?yə heç bir borcu yoxdur. Ödənişlər vaxtında ödənilir və hələki bu məsələdə hər iki qurumla heç bir problem müşahidə olunmayıb?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov deyib: ?Dövlət və ya komitə tərəfindən bir gün də gecikmədən xidmət göstərən təşkilatlara məcburi köçkünlərin sayına uyğun olaraq köçürülür. Biz çalışırıq ki, köçkünlərin kommunal xidmətlərinin ödənilməsi baxımdan heç bir əngəl yaratmayaq. Hesab edirəm ki, bundan sonra da belə məsələlərdə Komitə ilə ?Azəriqaz? və ya ?Azərenerji? arasında heç bir problem yaşanmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA