Yeni qaz sayğacları vətəndazların hesabına qurazdırılacaq

img

24-07-2009 [01:35]


?Ölkədə qaz sayğaclarının qoyulması işi artıq yekunlaşmaq üzrədir. Yerdə qalan 3 faiz abonentlərdir ki, onlar müvəqqəti evlərdə yaşayan və qapıları bağlı olan vətəndaşlardır. Vaxtilə qaz işlədən abonentlərə sayğaclar dövlət tərəfindən qoyulurdu. İndi isə yeni ev tikən və ya yeni mənzil alan vətəndaşlar qaz sayğaclarını öz hesablarına qoyurlar və orada qazlaşdırma işi aparılırsa mütləq smartkart olmalıdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Azəriqaz?ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı məlumat verib. Onun sözlərinə görə, burada artıq həm xətlərin çəkilməsi, həm də sayğacların quraşdırılması vətəndaşların öz maddi hesablarına olacaq: ?Ancaq mən bunun səbəbini deyə bilməyəcəm. Çünki burada artıq layihə işlənilir və layihədə bütün xərc və cihazlar göstərilir. Ona görə də vətəndaş özü məcbur olub pulunu sərf etməlidir?. K.Eyvazlı onu da bildirib ki, köçkünlərdən öz hesablarına qaz sayğacıının aldırılması normal hesab edilməlidir: ?Bütün vətəndaşlara şamil edilən məsələ qaçqın və köçkünlərə də aid edilir. Məsələn, elə köçkün var ki, başqa yerdə qaçqın kimi qeydiyyatdadır, amma yeni mənzilində deyil. Nəzərinzə çatdırım ki. Hazırda bu cür problemlər var. Yenə təkrar edirəm ki, istər məcburi köçkünlər, istərsə də adi vətəndaşlar yeni mənzilə köçürlərsə, qaz sayğacları öz hesablarına quraşdırılır. Əgər bu məsələdə məsuliyyətsizlik etsələr, cərimə ediləcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA