??Azərbaycan öz qazını Gürcüstan-Türkiyə sərhəddində deyil, öz sərhəddində italiya və ya Yunanıstana daha baha qiymətə sata bilər?

img

23-07-2009 [03:36]


?Artıq 15 aydır ki, Türkiyə-Azərbaycan arasında təbii qaz sövdələşməsində hələ yekun qərara gəlinməyib. Təkcə ?Şahdəniz?in birinci mərhələsindəki satılan qazın qiyməti məsələsi deyil, söhbət ona paralel olaraq, Türkiyədən qazın tranzitindən də gedir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban deyib: ?Əgər Azərbaycan bunu özü həll edə bilsə, onda Azərbaycan öz qazını Gürcüstan-Türkiyə sərhəddində deyil, öz sərhəddində İtaliya və ya Yunanıstana daha baha qiymətə sata bilər. İndi ortaq məxrəcə gəlmək istəyirlər ki, Türkiyə bundan öz istədiyi tranzit haqqını alsın. Ona görə də bu məsələ uzanmaqdadır?. İqtisadçı-ekspert onu da bildirib ki, Azərbaycanın boru kəməri Türkiyənin qazpaylayıcı şəbəkəsindən çıxır: ?Bakı-Tiflis-Ərzurum boru kəmərinin son nöqtəsi Ərzurumdadır. Bundan başqa, Türkiyə enerjidaşıyıcılarımızın Avropa və dünya bazarına çıxmasında böyük rol oynayır. Bu gün Türkiyəyə təbii qazı dünya bazarından baha qiymətə də satmaq olar. Necə ki, bir müddət Türkmənistan Rusiyaya təbii qazını dünya bazarı qiymətlərindən daha baha qiymətə sataraq maliyyə yığa bildi. Ona görə də Azərbaycan bu məsələlərdə ehtiyatlı olmalıdır. Əgər ölkəmiz, Türkiyəyə bu gün təbii qazını baha qiymətə satarsa, Türkiyə gələcəkdə onunla işbirliyi qurmayacaq. Türkiyə ilə uzunmüddətli tərəfdaşlıq etmək istəyiriksə, onun marağını da nəzərə almalıyıq. Artıq əvvəlki kimi 6 ay və yə 1 illik üçün qiymət yoxdur. Neftin və mazutun dünya bazarındakı qiymətinə uyğun formula var və qiymət həmin formula ilə hesablanır. Bazarda monitorinq aparılır və onun nəticəsində gələn kvartal üçün qiymət ortaya çıxarılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA