?Bank Standard? ?Premier? depoziti zərtlərinə multivalyuta funkisyasını əlavə etdi

img

22-07-2009 [03:36]


Bunan sonra ?Premier? depoziti sahibləri öz depozit hesablarındakı məbləği məhdudiyyət qoyulmadan bir valyutadan digərinə çevirə bilərlər. ?Bank Standard?ın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata əsasən bir qədər əvvəl elan olunmuş və ?Premier? depoziti üçün nəzərdə tutulan multivalyuta funksiyası bankın bütün filiallarında aktivləşdirilib. Yeni şərtlərə görə ?Premier? depoziti sahibləri vahid depozit müqaviləsi çərçivəsində 3 müxtəlif valyutada (manat, ABŞ dolları və avro) hesab aça bilərlər. Onlar həmçinin bu hesablardakı vəsaitlərini məhdudiyyətsiz bir valyutadan digərinə istədikləri kimi çevirə biləcəklər. Bu zaman multivalyutalı hesabda olan vəsaitlərin ümumi məbləği manat ekvivalentində bu məhsulun şərtlərinə cavab verməlidir. Belə halda faiz gəlirlərinin kapitallaşması hər hesabın öz valyutasında aparılır. Faiz gəlirlərinin kapitallaşma olmadan hər ay verilməsi isə manatla aparılacaq. Hesabdakı vəsaitlərin məhdudiyyətsiz artırılıb azaldılması, pulsuz ?VISA Gold? və ya ?MasterCard Gold? kartı, güzəştli kredit xətti, fərdi xidmət və ən nəhayyət, çox yüksək gəlirliliklə yanaşı adı çəkilən yeni funksiya bu bank məhsulunu müştərilər üçün daha da cəlbedici edəcək. ?Premier? depoziti üzrə müqavilə 3 aydan 3 ilədək bağlanır. Bu məhsulun maksimal orta illik gəlirliliyi 3 illik depozit üzrə faiz gəlirinin kapitallaşması ilə əldə olunur və 21,17% təşkil edir. Qeyd edək ki, bankın regional filiallarının müştəriləri üçün əlavə güzəştlər nəzərdə tutulur. Şərtlərə görə paytaxtda fəaliyyət göstərən filallarda mövcud olan 10 və ya 50 min şərti vahid məbləğində toxunulmaz qalıq məbləğinə rəğmən Gəncə, Lənkəran, Siyəzən, Quba və Sumqayıt filallarında hesabdakı minimal hədd 5 və ya 25 şərti vahid səviyyəsindədir. ?Premier? məhsulu haqqında əlavə məlumatı 497 20 90 nömrəsindən, ya da www.premier.az itnernet səhifəsindən əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA