ARDNŞ-in tələbə təqaüdü üzrə müsabiqəsi baza çatır

img

22-07-2009 [02:58]


ARDNŞ-in ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə elan etdiyi növbəti müsabiqə bu həftənin sonunda yekunlaşacaq. Şirkətin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müsabiqə perspektivli gənc neftçi mütəxəssislərin hazırlanması, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə həyata keçirilən Təqaüd Proqramı çərçivəsində elan edilib. Müsabiqə 2009-cu ilin iyul-2010-cu ilin yanvar ayları üzrə dövrü əhatə edəcək. Müsabiqədə müəyyən edilmiş ixtisaslar üzrə bütün təhsil dövründə yalnız ?yaxşı? və ?əla? qiymətlərlə oxuyan tələbələr iştirak edirlər. Qeyd edək ki, təqaüdün aylıq məbləği 70 manat olacaq. Bu dəfəki müsabiqədə də iştirak üçün qəbul edilən sənədlər çoxluq təşkil edir. Qaliblər gələn həftə seçiləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA