14 minə yaxın zəhid ailəsi prezident təqaüdü alır

img

21-07-2009 [11:21]


Xəbər verildiyi kimi, Nazirlər Kabineti ?Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları?na dəyişiklik edib. Dəyişikliyə əsasən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslərə də şəhidlik statsusu veriləcək. Bu isə onu deməyə əsas verir ki, şəhid ailələrinin sayı artacaq. Çünki atəşkəs sazişinin imzalandığı 1994-cü ildən bəri yüzlərlə hərbçi döyüş tapşırığını yerinə yetirərkən həlak olsa da, onlara indiyədək şəhidlik statsusu verilməmişdi. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Pensiya təminatı şöbəsindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, yeni şəhidlik statusu alacaq ailələrə həm də prezident təqaüdü veriləcək. Qeyd edək ki, ölkə başçısının 2006-cı il dekabrın 19-da imzaladığı fərmanla Qarabağ müharibəsində həlak olan hərbi və mülki şəhidlərin ailələri üçün prezident təqaüdü təsis edilib. 2007-ci il yanvarın 1-dən başlayaraq hər bir şəhid ailəsinə ayda 100 manat prezident təqaüdü verilir. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi ?Şəhid ailəsi üçün prezident təqaüdünün təyin olunması və ödənilməsi qaydaları?na əsasən şəhid ailəsi üçün prezident təqaüdü şəhidin həyat yoldaşına, valideynlərinə, 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə verilir. Şəhidin 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş uşaqları və ya uşaq evlərində tərbiyə olunan ailə üzvləri tədris müəssisələrində əyani təhsil aldıqda həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir. Şəhidin qəyyumluğa verilmiş uşaqlarına prezident təqaüdü təyin edilərkən himayəçi ailə tərkibində nəzərə alınmır. Təqaüd hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiaya təminatı siyasəti şöbəsindən Müstəqil İnformasiya Agentliyinə bldirilib ki, indiyədək təxminən 14 minə yaxın şəhid ailəsinə prezident təqaüdü verilirdi. ƏƏSMN-dən onu da deyiblər ki, ölkə başçısının 19 yanvar 2006-cı il tarixli digər fərmanı ilə ?20 Yanvar? şəhidlərinni ailələrinə də prezident təqaüdü verilir. Bu kateqoriyadan olan şəhidlərin ailələrinə aylıq olaraq 300 manat məbləğində prezident təqaüdü təsis edilib. Ümumilikdə 140 nəfər ?20 Yanvar? şəhidinin ailəsinə hər ay prezident təqaüdü verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA