Bakıda at ətindən dönər bizirən dönərxana azkarlanıb

img

17-07-2009 [01:48]


Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) bir müddətdir dönərxanalarda yoxlamalara başlayıb. Son bir ayda qadağan olunmasına baxmayaraq, toyuq ətindən dönər hazırlayıb satan 30-dan artıq fiziki şəxs inzibati qaydada cərimələnib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə RGEM-in qida şöbəsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, dönər hazırlanarkən yumşaq dana ətindən və quyruqdan istifadə edilməlidir. Amma dönər satışı ilə məşğul olanlar bu tələbi, demək olar ki, nəzərə almırlar. İ.Abdullayev deyib ki, indi dönərxanalarda daha çox Hindistandan gəirilən mal ətindən istifadə edilir. Bu ətlərin keyfiyyətində və təhlükəsizliyində problem olmasa da, onlar qida dəyəri baxımından dönər üçün yararsız sayılır. Qeyd edək ki, mərkəz əməkdaşlarının Bakıda keçiridikləri reyd zamanı dönərxanalardan birində at ətindən dönər hazırlanması faktı aşkarlanıb. İ.Abdullayevin sözlərinə görə, həmin dönərxana inzibati qaydada cərimələnərək qapadılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA