Əzizbəyov, Qaradağ, Abzeron rayonlarında dəniz kənarında kirayələr bahalazıb

img

16-07-2009 [05:11]


?Son dövrlər aparılan araşdırmalar göstərir ki, yalnız təkrar mənzil bazarı istisna olmaqla, digər seqmentlərdə hələ də dinamika çox aşağı olaraq qalır. Xüsusilə yay mövsümü üçün xarakterik olan passivlik dövrünü müşahidə edirik?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov deyib. Onun sözlərinə görə, kirayə bazarında da tələb və təklifin strukturunda ciddi dəyişiklik olur: ?Nəzə alsaq ki, kirayə bazarı bu gün tələb və təklifin strukturundan bilavasitə asılı olan əsas seqmentdir. Bu baxımdan yay aylarında tələbin kəskin artıb-azalması nəticəsində kirayə bazarındakı vəziyyətin təhlili ən azından göz önünə gəlir. Ay ərzində kirayə bazarında təxminən, 2,4 faizdən artıq qiymət azalması müşahidə edilib. Bu qiymət azalması getdikcə daha kəskin xarakter alır. Qiymət azalmasının təqribən avqust ayının ikinci yarısına qədər davam edəcəyi gözləniləndir?. R.Osmanov onu da bildirib ki, bu mövsüm ərzində qiyməti artan ərazilər də mövcuddur: ?Ümumən kirayə bazarındakı qiymət azalması bir çox zonalarda qiymətlərdə özünü göstərməmişdir. Məsələn, kirayə bazarı ilə bağlı Bakı şəhərinin Əzizbəyov, Qaradağ kimi rayonlarında, eyni zamanda Abşeron rayonunun dənizkənarı ərazilərində qiymətlərin artımı müşahidə edilib. Bu da yay mövsümü ilə əlaqədar olaraq, həmin ərazilərə olan tələbin artımı ilə bağlıdır. Qalan digər rayonlar üzrə, xüsusilə, şəhərin mərkəzindəki mənzillər üzrə qiymətlərdə müəyyən azalmalar var. Ən çox qiymət azalması Suraxanı və Sabunçu rayonlarında qeydə alınıb. Bu kiçik fərdi yaşayış evlərinin tədricən keçmiş ?Binə? və ?Sədərək? bazarlarının köçürülməsi hesabına çox sürətlə boşaldılmasından irəli gəlir. Belə baxanda kirayə bazarında hələ də tələb yüksək olaraq qalır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA