KTN yarmarkalar təzkil etməklə qiymətləri azağı salmaq istəyir

img

16-07-2009 [05:07]


?Azərbaycan Respublikasının Nazirlər Kabinetində 17 iyul 2006-cı il tarixdə keçirilmiş müşavirədə qarşıya qoyulan təxirəsalınmaz vəzifələrdən bir də Bakı şəhəri əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məsələsi olub. Bu məqsədlə 2006-cı il iyulun 22-dən başlayaraq hər həftənin şənbə və bazar günləri Bakının 7 rayonunda, o cümlədən Binəqədi, Səbail, Suraxanı, Nərimanov, Nəsimi və Xətai rayonlarının ərazilərində kənd təsərrüfatı məhsullarının yarmakalar keçirilir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin əməkdaşı Nəriman Əliyev deyib. Onun sözlərinə görə, 2006-cı il 22 iyul tarixindən - 18 iyul 2009-cu il tarixə kimi 315 yarmarka keçirilib: ?Əvvəlki ildə olduğu kimi, bu ildə yarmarkaların təşkil ediləcək. 69 min ton müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən 3411 ət və ət məhsulları, 1449 ton süd və süd məhsulları satılıb. Bundan əlavə, 17 milyon 600 min ədəd yumurta, 26330 ton tərəvəz, 12 min ton kartof, 4377 ton bostan məhsulları, 19357 ton meyvə, 977 ton taxıl məhsulları yarmarkalara çıxarılaraq satılmışdır. Yarmarkalara respublikanın 42-dən çox kənd və rayonundan kənd təsərrüfatı məhsulları göndərilmişdir?. N.Əliyev onu da bildirib ki, yarmakların keçirilməsi yüksək nəticələr verib: ?Qeyd etmək lazımdır ki, yarmarkalara əhlanin axını güclənib. Kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin şəhərin bazarlarında satılan məhsulların satış qiymətlərindən 20-30 faiz, bəzi hallarda isə 50 faiz aşağı olması nəzərə çarpıb. Hansı bir fermer və ya sahibkar yarmakalara öz kənd təsərrüfatı məhsullarını gətirir, o, heç olmasa ordan 30 faiz də olsa qazanc əldə edə bilir. Kənd Təsərrüfatı Nazirliyinin bu yarmarkaları təşkil etməkdə əsas məqsədi qiymətlərin 20-30 faiz aşağı olmasıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA