15-07-2009 [07:30]
Fəaliyyətinin 5-ci ilinə qədəm qoymuş ?AtaLizinq? ASC ?AtaHoldinq? şirkətlər qrupuna aiddir və 2004-cü ilin iyul ayının 5-də ?AtaHoldinq? ASC (64%) və ?AtaBank? ASC (34%) tərəfindən 500.000 manat nizamnamə kapitalı ilə təsis edilmişdir. Şirkət müştərilərinə ölkə qanunvericiliyinin imkan verdiyi ölçüdə lizinqin ən geniş yayılmış növü olan maliyyə lizinqi xidməti göstərir.
Baxmayaraq ki, Azərbaycanda lizinq xidməti müstəqillik əldə edildikdən sonra meydana çıxmışdır, onun real inkişafı üçün şərait 2003-cü ildə Azərbaycan Respublikasının Mülki və Vergi Məcəllələrinə edilmiş dəyişikliklər əsasında yaranmışdır. ?AtaLizinq? ASC Azərbaycan iqtisadi yüksəliş dövrünü yaşadığı belə bir dövrdə, lizinq xidmətlərinə təlabatın artması zəminində yaradılmış ilk lizinq şirkətlərindən biri olmuşdur. Şirkətin yaradılmasında əsas məqsəd lizinq xidməti üçün yaradılmış əlverişli mühitdən istifadə edərək kiçik və orta sahibkarların daha münasib şərtlərlə avadanlıq və əsas vəsaitlər əldə etmələrinə yardım etməkdir. Şirkət yarandığı gündən sürətli inkişaf tempi göstərməklə öz mövqeyini möhkəmləndirmiş və lizinq sektorunun aparıcı şirkətlərindən birinə çevrilmişdir. Bu gün Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətləri arasında ?AtaLizinq? ən aktiv şirkətlər sırasındadir. Fəaliyyət göst
diyi 5 il ərzində şirkət öz zəngin tarixçəsini yazmış, Azərbaycan lizinq sektorunda bir çox ?ilkləri? həyata keçirmişdir.
Şirkət fəaliyyətinin ilk günlərindən şəffaflıq prinsipini təmin etmişdir. Bu məqsədlə, 2005-ci ilin yanvar ayında lizinq şirkətləri arasında ilk dəfə 2004-cü il üçün ?Deloitte & Touche? MMC tərəfindən maliyyə hesabatlarının beynəlxalq auditini keçirmiş və audit yoxlamasını müvəffəqiyyətlə başa vurmuşdur. Daha sonra, şirkət ?Baker Tilly Azərbaycan? MMC audit şirkəti tərəfindən 2005, 2006, 2007 və 2008-ci maliyyə illəri üzrə həyata keçirilən beynəlxalq audit yoxlamalarını müvəffəqiyyətlə başa vurmuşdur. Şirkət audit şirkətləri tərəfindən təqdim edilmiş hesabatları öz veb-saytında yerləşdirmişdir.
2004-cü ilin dekabr ayında ?AtaLizinq? ASC Azərbaycan Respublikası Milli Bankının kompüter avadanlıqlarının lizinq yolu ilə alınması üçün keçirdiyi tenderdə lizinq şirkətləri arasında ən real təkliflə çıxış edərək respublikada ilk dəfə olaraq lizinq şirkətləri arasında keçirilən tenderin qalibi olmuşdur.
2005-ci ilin fevral ayından etibarən isə ?AtaLizinq? ASC 3 dildə hazırlanmış Azərbaycanda ilk lizinq veb-saytı olan www.atalizinq.com saytını istifadəyə vermişdir.
23 avqust 2005-ci il tarixində ?AtaLizinq? ASC daha bir ilki həyata keçirmiş, respublikanın lizinq sektorunda ilk dəfə olaraq Bakı Fond Birjasında korporativ istiqrazlarını tədavülə buraxmışdır. Daha sonra şirkət istiqrazlarının ikinci (06.11.2007) və üçüncü (16.04.2008) emissiyasını həyata keçirmişdir. Emissiya edilmiş istiqrazlar Cəmiyyətin, eyni zamanda Azərbaycan lizinq sektorunun və fond bazarının inkişafında böyük rol oynamışdır. İstiqrazlardan əldə edilən gəlir yeni lizinq layihələrinin maliyyələşdirilməsinə sərf edilmişdir.
?AtaLizinq? ASC Azərbaycanın lizinq şirkətləri arasında ilk dəfə, həmçinin, keyfiyyəti idarəetmə sisteminin auditini keçirmiş və Beynəlxalq keyfiyyət şirkəti ?Bureau Veritas? tərəfindən keyfiyyəti idarəetmə sistemi müasir standartlara uyğun qiymətləndirilərək 25 may 2007-ci il tarixdə İSO 9001: 2000 sertifikatını əldə etmişdir. Daha sonra şirkət daha iki nəzarət auditi keçirərək sertifikatını qoruyub saxlaya bilmişdir. Növbəti 2010-cu ildə şirkətimiz bu standartın 2008-ci il versiyasına əsasən öz keyfiyyət sistemini yeniləyərək İSO 9001:2008 sertifikatına uyğunluq sertifikatı əldə etmək niyyətindədir.
?AtaLizinq? ASC Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) yaradılmasında təşəbbüskarlardan biri və onun təsisçisi olmuşdur. Hal-hazırda şirkət ALŞA-nın fəal üzvlərindən biridir. ?AtaLizinq? ASC-nin İdarə Heyətinin sədri Yusif Müslümov ALŞA-nın İdarə Heyətinin üzvüdür.
?AtaLizinq? ASC Azərbaycan Prezidentinin 11 fevral 2004-cü il tarixli ?Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı?na uyğun olaraq və ?AtaBank? ASC-nin geniş filial şəbəkəsindən istifadə edərək regionlarda da lizinq xidmətini inkişaf etdirmişdir. Cəmiyyət Gəncə, Bərdə, Sumqayıt, Göyçay, Şəmkir, Yardımlı, Lənkəran, İmişli və s. regionlarda fəaliyyət gostərən kiçik və orta sahibkarlarla çoxsaylı müqavilələr imzalamışdır.
Bu gün ?AtaLizinq? Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətləri arasında xidmət səviyyəsi ən yüksək olan fəal şirkətlərdən biridir. Şirkət hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə lizinq xidməti göstərir.
Yarandığı tarixdən ?AtaLizinq? ASC ümumilikdə 206 lizinq müqaviləsi imzalamışdır. Bunun nəticəsində ümumi dəyəri 12.840,7 min manat olan avadanlıqlar maliyyə lizinqi yolu ilə icarəyə verilmişdir. Hal-hazırda, şirkətin lizinq portfeli təqribən 4.5 mln. manat təşkil edir. Lizinq portfelində aşağıdakı sahələr formalaşmışdır: sənaye istehsalı, nəqliyyat, inşaat, beton satışı, yol infrastrukturu, yeyinti sənayesi, kommunal təsərrüfat, ticarət, ev tikintisi, səhiyyə, və s. Lizinqə verilmiş avadanlıqların tərkibində xüsusi texnika, nəqliyyat vasitələri və inşaat texnikası üstünlük təşkil etmişdir.
Şirkət fəaliyyətdə olduğu dövrdə yüksələn, eyni zamanda dayanıqlı artım nümayiş etdirmişdir. Hətta, qlobal maliyyə böhranının da şirkətin stabil inkişafına heç bir mənfi təsiri olmamış, şirkət yeni lizinq müqavilələri bağlamaqda davam etmişdir.
Şirkətin inkişaf tempi təsisçilərinin də diqqətindən yayınmamışdır. 21 iyun 2007-ci il tarixdə keçirilmiş təsisçilərinin Ümumi Yığıncağında Cəmiyyətin 500.000 manatlıq nizamnamə kapitalının 100% artırılaraq 1.000.000 manata çatdırılması haqqında qərar qəbul edilmişdir. 08 fevral 2008-ci ildə şirkət nizamnamə kapitalını tam olaraq yerləşdirmişdir.
?AtaLizinq? ASC-nin missiyası sahibkarların əmlak və avadanlıq ehtiyaclarının təmin edilməsi məqsədi ilə respublikanın bütün regionlarında çeşidli lizinq məhsulları ilə şəffaf və fərqli xidmət göstərərək aparıcı bir şirkət olmaqdır. Növbəti illərdə daha uğurlu inkişaf üçün şirkət qarşısına bir çox məqsədlər qoymuşdur: lizinq bazarında böyük pay sahibi olmaq, lizinqin yeni növlərinin tətbiqi üçün işlər aparmaq, Fond Bazarında işi sürətləndirmək (yeni istiqrazlar və s.), ?AtaHoldinq? ASC və şirkətlərinin paket xidmətlərindən istifadə edərək regionlarda iş həcmini genişləndirmək, özünün və ?AtaHoldinq? ASC-nin imicindən istifadə edərək xarici maliyyə resurslarını axtarmaq, xarici qurumlar ilə işi gücləndirmək, ALŞA-nın fəaliyyətindən istifadə edərək dövlət qurumları ilə lizinq qanunvericiliyin təkmilləşdirilməsi sahəsində cəhdlər aparmaq, marketinq və reklam fəaliyyətini gücləndirmək, əməkdaşlarının professionallıq səviyyəsini daima inkişaf etdirmək, peşəkar işçilərdən ibarət heyətlə müasir texnologiyalar və korporativ idarəetmə üsullarından istifadə etmək, səhmdarlarının maraqlarını qorumaq şərtilə müştərilərə yüksək keyfiyyətli lizinq xidmətləri göstərmək. Göründüyü kimi, qarşıya qoyulan bu məqsədlər respublikamızın gələcək iqtisadi inkişafı üçün ?AtaLizinq? ASC-nin daha əzmlə və inadla çalışmasına təkan verəcək.