Əmək Müfəttizliyi bədbəxt hadisələrlə bağlı arazdırmalarını yekunlazdırıb

img

15-07-2009 [02:23]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi 2009-cu ilin 6 ayı üçün hesabatını açıqlayıb. Hesabatda tikinti şirkətləri ilə vətəndaşlar arasında əmək müqavilələrinin imzalanması, nöqsanların aşkarlanması, istehsalatda baş vermiş bədbəxt hadisələr və s. öz əksini tapıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dövlət Əmək Müfəttişliyinin informasiya və statistika sektorunun müdiri Nizami Əhmədov məlumat verib: ?Dövlət (487) və qeyri-dövlət müəssisələrində (729) dövlət nəzarəti həyata keçirilib. Müfəttişlik tərəfindən 1476 ərizə araşdırılıb və 508 şikayət məktubuna baxılıb. Bundan əlavə, gecikdirilmiş ödəmələrin, o cümlədən əmək haqqı (471961 manat), zərərə görə ödənc (10033 manat), sosial müavinətlər və kompensasiyaların (26012 manat) ödənilməsi təmin edilib. İşdən qeyri-qanuni azad olunmuş 32 nəfər əvvəlki iş yerlərinə bərpa edilib. 6 ayın yekununa görə, aşkar olunmuş hüquq pozuntularının sayı 4421-ə çatıb. İnzibati xətaya görə tətbiq olunan cərimə isə 263970 manat təşkil edib. Vətəndaşlarla əmək müqavilələrinin bağlanması hələ də problem olaraq qalır. Belə ki, 2648 nəfərlə əmək müqaviləsinin bağlanılması təmin edilib. Kollektiv şəkildə isə 676 müqavilə bağlanıb?. Sektor müdiri istehsalatda baş vermiş bədbəxt hadisələr, o cümlədən tikinti sektorunda baş vermiş hadisələr haqda da danışıb: ?Aparlımış təhqiqat zamanı məlum olub ki, istehsalatla əlaqədar baş vermiş bədbəxt hadisələrin sayı 131/50, ?İZ? aktı verilmiş zərərçəkmişlər, o cümlədən ölənlər 33/18 və xəsarət alanlar 122/38 nəfərdir. Qrup halında baş vermiş bədbəxt hadisələr 14/8 təşkil edib. Bədbəxt hadisələrin baş verməsində təqsirkar müəssisə 25/10, zərərçəkən 66/28, müəssisə və zərərçəkən 22/4, kənar təsir nəticəsində isə 18/8 olub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA