?Nabucco? qaz kəməri layihəsi ilə bağlı kompleks tədbirlər görülür

img

14-07-2009 [04:06]


?Azərbaycanın ?Nabucco? qaz kəməri layihəsinə qoşulma imkanları çox yüksəkdir. Azərbaycan buna yalnız iqtisadi layihə deyil, eləcə də siyasi aspektdən yanaşır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan həmçinin, adıçəkilən layihəyə ehtiyyatla yanaşır: ?Ancaq ehtiyatlılıq heç də ?Nabucco?dan imtina edilməsi və ya qoşulmaması anlamına gəlməməlidir. Bundan əlavə, Türkiyədə ?Nabucco? qaz kəməri ilə bağlı anlaşmanın imzalanmasına yalnız həmin təbii qazdan istifadə edəcək ölkələrin bir anlaşması kimi baxmaq düzgün deyil. Əgər adıçəkilən layihənin ilkin detalları, eləcə də bütün detalları müəyyənləşməsəydi, 5 ölkə bu anlaşmanı imzalamazdılar. Əvvəla 5 ölkənin ?Nabucco? anlaşmasını imzalaması əslində onu göstərir ki, artıq bütün detallar razılaşdırılıb. Bu razılaşdırılmış detalların içərisində Azərbaycanın da adı çəkilir. Nəzərə almalıyıq ki, həmin tədbirdə Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev də iştirak edib. Bundan əlavə, tədbirin keçirildiyi gün ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Azərbaycanın təbii qazı nəql etmək üçün alternativ xəttlərdən istifadə ediləcəyi ilə bağlı açıqlama verdi. Bu arada Türkmənistan tərəfi də təbii qaz layihəsinə qoşula biləcəyi ilə bağlı açıqlama verdi. Bu açıqlamaların eyni vaxta təsadüf etməsi onu göstərir ki, məhz Avropa Birliyi və ABŞ ?Nabucco? ilə bağlı kompleks işlər görür. Bu işlərə istehsalçı ölkələrin qaz kəmərinə qoşulması ilə bağlı razılığın alınması və eləcə də istehlakçı ölkələrin tariflərin razılaşdırılması daxil edilir. Azərbaycanın ?Şahdəniz-2? fazasında aparılan işlərdən bir daha məlum olur ki, ?Nabucco?ya təbii qaz nəql etmək imkanları var?. İqtisadçı-ekspert onu da bildirib ki, Azərbaycanın ?Nabucco?ya qoşulması, onun daxili bazarında heç bir təbii qaz problemi ilə üz-üzə qoymayacaq: ?Nəzərə almaq lazımdır ki, ölkəmizin kəşf olunmuş mavi qaz ehtiyatları 1,35 trilyon kub metrdir. Bu da dünya mavi qaz ehtiyatlarının təxminən 1 faizini təşkil edir. 2008-ci ilin yekunlarına görə, Azərbaycanda qaz istehlakı 8,2 milyard kub metr istehsal olub. Onun əhəmiyyətli hissəsi ölkə daxilində istehlak edilib. 1,35 trilyon kub metrlə Azərbaycanın daxili təbii qaz tələbatını uzunmüddət ödəmək mümkündür. Ona görə də bu məsələdə heç bir problem olmayacaq?. V.Bayramov MİA-nın əməkdaşı ilə söhbətində Türkiyə ilə Azərbaycan arasında təbii qaz sövdələşməsinin uzadılmasına da münasibət bildirib. Onun qənaətinə görə, Azərbaycan bütün hallarda öz təbii qazını Türkiyəyə Avropa bazarı qiymətlərinə satmayacaq: ?Güman olunur ki, Türkiyəyə satılacaq təbii qazda müəyyən güzəştlər tətbiq edilsin. İndiyədək ölkəmiz Türkiyəyə satdığı mavi qazın qiyməti, Avropada mavi qazın qiymətindən 33 faiz aşağı idi. Məhz bu gün adıçəkilən ölkəyə satılacaq təbii qazın 250 dollara satılması ilə bağlı danışıqların aparılması birbaşa onunla bağlıdır ki, Avropa bazarında mavi qazın qiyməti 340-350 dollardır. Düzdür, Türkiyə də bütün hallarda ucuz qiymətə qaz almaqda maraqlıdır. Mənə elə gəlir ki, Türkiyə Azərbaycanın şərtləri ilə razılaşacaq. Çünki gələcəkdə Azərbaycandan daha çox mavi qaz olmaq niyyətindədir. Əgər Azərbaycan öz əhalisinə təbii qazı 124 dollara, Türkiyəyə isə 120 dollara satırsa, təbii ki, bu onu deməyə əsas verir ki, Türkiyəyə satılacaq qazın qiymətinin artırılması vacibdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA