iqtisadçı 7-8 ay sonra müharibəyə bazlamağı təklif edir

img

14-07-2009 [01:49]


?Ermənistan iqtisadiyyatı Rusiyadan, İrandan və beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətdədir. Ermənistanın Azərbaycanla müharibə aparmağa iqtisadi potensialı yoxdur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (MİA) açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin (İTT) sədr müavini Vüsal Qasımlı deyib. İqtisadçı bildirib ki, Ermənistanın Azərbaycanla cəmi bir neçə gün müharibə aparmaq imkanı var: ?Amma Azərbaycanın iqtisadi potensialı heç bir dövlətdən maliyyə dəstəyi olmadan Ermənistanla bir neçə ay müharibə aparmağa imkan verir. Tərəflər arasında müharibə başlayacağı təqdirdə, Azərbaycanın qələbəsi labüddür?. Buna baxmayaraq, iqtisadçı müharibəyə başlamaq üçün hələlik münasib zaman olmadığını deyib. Onun sözlərinə görə, Azərbaycan 7-8 aylıq hazırlıqdan sonra ermənilərin işğal etdiyi torpaqları hərbi yolla azad edə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA