Bəzi bankların vəziyyəti ağırdır və təxminən 10-a yaxın bank zərərlə izləyir

img

13-07-2009 [05:21]


?Azərbaycan banklarının aktivləri böhranın təsirindən azalmağa başlayıb. Əgər 2009-cu ilin əvvəlində 10 milyard 273 milyon manat bank aktivi var idisə, aprelin 1-də bu göstərici 8 milyard 815 milyon manata qədər azalıb. Lakin aprel ayından sonra Azərbaycanda bank aktivləri artmağa üz qoyub?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə İqtisadi Tədqiqatlar Mərkəzinin sədr müavini Vüsal Qasımlı Rusiyada son 10 ayda 30 bankın iflasa uğramasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, may ayında bank aktivləri 8 milyard 999 milyon manata, iyunun 1-də isə, aktivlər 9 milyard 129 milyon manata bərabər olub: ?Eyni zamanda, böhranın təsiri nəticəsində Azərbaycan banklarının məcbur kapitalının artım tempi nisbətən azalmışdır. Məsələn, 2009-cu ilin əvvəllərində məcbur kapital 1 milyard 491 milyon manata bərabər olubsa, artıq iyun ayının 1-də bu göstərici 1 milyard 625 milyon manata bərabər olub?. V.Qasımlı onu da bildirib ki, bank sektorunda kredit qoyuluşlarının həcmi artmaqda davam edir: ?Düzdür, kredit qoyuluşları aprel ayına qədər azalıb. Məsələn, ilin əvvəlində Azərbaycanın banklarına ümumi kredit qoyuluşları 7 milyard 16 milyona bərabər idisə, artıq aprelin 1-də bu göstərici 6 milyard 37 milyon manata düşüb. Buna baxmayaraq, may ayından başlayaraq banklara kredit qoyuluşları artmaqda davam edib. Mayın 1-də 6 milyard 102 milyon manat, iyunun 1-də 6 milyard 180 milyon manata bərabər olub. Bundan əlavə, son iki-üç ayda əmanətlərin də həcmi artmaqdadır. Halbuki bir zamanlar əhali öz əmanətlərin banklardan geri çəkirdilər. Son məlumata görə, iyun ayının 1-ə görə, Azərbaycan əhalisinin banklarda 1 milyard 912 miyon manat əmanəti var. Bu göstərici aprelin 1-də 1 milyard 772 milyon manata qədər azalmışdı. Bu o deməkdir ki, artıq banklarımız böhranın təsirindən özlərinə gəlmək mərhələsini yaşayırlar. Onu da qeyd edim ki, bəli, bəzi bankların vəziyyəti ağırdır və təxminən 10-a yaxın bank zərərlə işləyir. Bir məsələni də nəzərə almaq lazımdır ki, zərərlə işlmək müflis olmaq demək deyil. Düşünürəm ki, hökumət bankların hər hansı bir şəkildə müflis olmasına imkan verməyəcək. Çünki bu ümumi bank sektoruna olan inama və bank sektorundakı işgüzar fəallığa mənfi zərər olardı. Azərbaycan banklarının Rusiya və ya Qazaxıstan bankları qədər xarici borclanmaya getməyib. Bunun özü nə qədər olmasa ölkədə olan bankların iflasa uğramasının qarşısını alır. Məsələn, Azərbaycan bank sektoru xaricdən böhrana qədər cəmi 2,5 milyard dollar vəsait cəlb etmişdi. Qazaxıstanın bank sektoru isə xaricdən 45 milyard dollar vəsait cəlb etmişdi. Eyni zamanda, Rusiyanın bank sektoru o gündədir. Ona görə də bu amil Azərbaycanın banklarının iflasdan yaxa qurtarmağa zəmin yaradır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA