Ermənistan iqtisadiyyatı tənəzzülə uğrayır

img

13-07-2009 [04:20]


[b]Ekspertlərin fikrincə, ABŞ və Rusiya Ermənistanı öz köləsinə çevirmək uğrunda mübarizə aparır[/b] Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi İqtisadi Tədqiqatlar Mərkəzi ilə birgə Azərbaycan Media Mərkəzində ?Dağlıq Qarabağ münaqişəsi: iqtisadi amillər? mövzusunda dəyirmi masa keçirib. Tədbiri giriş sözü ilə açan SİTM sədri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin iqtisadi aspektdən müzakirə edilməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistanda başlayan iqtisadi tənəzzül münaqişənin həllində yeni imkanlar açıb: ?Ermənistanın müstəqil iqtisadi siyasət kursu yoxdur. Ermənistan iqtisadiyyatı Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının təsiri altındadır. BVF Ermənistanın milli valyutası olan dramın ucuzlaşmasının qarşısını almaq üçün təxminən yarım milyon dollar vəsait xərcləyib. Dramın kursu sərbəst buraxılan kimi bir günün içində 22-23 faiz ucuzlaşdı. Bu gün Ermənistan büdcəsi əsasən BVF-nin, Dünya Bankının və digər maliyyə qurumlarının hesabına formalaşır. Buna baxmayaraq, Ermənistan büdcənin 30 faizini hərbi xərclərə yönəldir. Amma beynəlxalq maliyyə qurumları ayırdıqları vəsaitin təyinatı üzrə xərclənməsi üçün Ermənistana təzyiq etmir?. İTT sədri Qubad İbadoğlu da Ermənistanda ağır iqtisadi mənzərənin yarandığını deyib. İqtisadçı bildirib ki, Cənubi Qafqazın və Orta Asiyanın 8 respublikası içərisində yalnız Qazaxıstan və Azərbaycan iqtisadi cəhətdən inkişaf edir: ?Ermənistan da daxil olmaqla regionun digər dövlətlərini iqtisadi tənəzzül gözləyir?. Qubad İbadoğlu deyib ki, bu ilin yanvar-may aylarında Ermənistanda ümumdaxili məhsul 15,7 faiz azalıb: ?Ermənistan rəqabətdə Azərbaycana uduzur. 2009-cu ildə Ermənistan iqtisadiyyatında 9,5 faiz tənəzzül gözlənilir. Halbuki ilin əvvəlində bu rəqəmin 5 faizi keçməyəcəyi proqnozlaşdırılırdı. Ermənistanın xarici borcu sürətlə artır. Bu ilin 5 ayı ərzində Ermənistanın aldığı borc ölkə büdcəsinin 37 faizini təşkil edir. İlin sonuna kimi bu rəqəmin 40 faizi ötəcəyi heç kimdə şübhə doğurmur?. İqtisadıçı bildirib ki, 2009-2010-cu illərdə Ermənistan büdcəsinə 1 milyard dollar maliyyə yardımının ediləcyi gözlənilir. Onun sözlərinə görə, bu vəsaitin 500 milyon dollarını Rusiya verəcək. Vəsaitin digər yarısı isə beynəlxalq maliyyə qurumları tərəfindən ödəniləcək: ?Ermənistan iqtisadiyyatının 70-75 faizinə Rusiya nəzarət edir. İranın, beynəlxalq maliyyə qurumlarının da Ermənistan üzərindəki təsiri böyükdür. Ermənistan iqtisadiyyatı tədricən böyük dövlətlərin və beynəlxalq maliyyə qurumlarının nəzarətinə keçir?. İqtisadçı-ekspert Vüsal Qasımlı isə beynəlxalq maliyyə qurumlarını region dövlətlərinə ikili standartlarla yanaşmaqda suçlayıb: ?Bu gün dünyada fəaliyyət göstərən nəhəng maliyyə qurumları Ermənistana kredit vermək üçün növbəyə düzülüblər. BVF Ermənistana ana dilimizə ?dayan, dur!? kimi tərcümə olunan proqramm çərçivəsində yardım ayırır. Azərbaycan bu yardımdan 15 il öncə yararlanıb. Bu isə onu deməyə əsas verir ki, Ermənistan iqtisadi cəhətdən Azərbaycandan 15 il arxada qalır?. Vüsal Qasımlı BVF-nin Ermənistana külli miqdarda borc verməsini ABŞ-ın regiondakı maraqları ilə izah edib. İqtisadçı deyib ki, bu gün Ermənistan iqtisadiyyatının 55 faizinə Dağlıq Qarabağdan köçmüş 42 ailə nəzarət edir: ?Həmin ailələr Rusiyanın təsiri altındadır. Heç kimə sirr deyil ki, BVF ABŞ-ın iqtisadi siyasətini həyata keçirir. Təbii ki, BVF Ermənistana ABŞ-ın tövsiyəsi ilə yardım ayırır. ABŞ Ermənistan iqtisadiyyatını Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir. Bu gün ABŞ və Rusiya Ermənistanı öz kölələrinə çevirmək uğrunda mübarizə aparırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA