?çörəyin qiymətinin qalxmasına iqtisadi əsas yoxdur?

img

10-07-2009 [05:57]


Artıq bir neçə rayonda çörəyin qiymətində artırımlar müşahidə edilib. Təxminən, 480 qramlıq çörək bəzi mağazalarda 25 qəpiyə satılır. Bəzi ekspertlər isə, çörəyin qiymətinin qalxmasını Tarif Şurasının təbii qazın qiymətini iki dəfə qaldırması ilə əlaqələndirirlər. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bu cür tendensiyalara rast gəlinmədiyini deyib. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında həftədə iki dəfə monitorinq aparıb: ?Çörək bazarında isə bu monitorinqlər gündəlik aparılır. Aparılan monitorinqlərin nəticəsi göstərir ki, çörəyin qiymətində hər hansı bir artım müşahidə olunmayıb. Ümumiyyətlə, çörəyin qiymətinin qalxması ilə bağlı heç bir iqtisadi əsas yoxdur. Əksinə, istər Azərbaycanda, istərsə də dünyada unun və taxılın qiymətində enmələr müşahidə olunur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA