Avtomobil bazarında passivlik davam edir

img

09-07-2009 [03:22]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi (?ƏBİ? İB) monitorinq qrupunun iyun ayında təkrar avtomobil bazarında monitorinq aparıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, monitorinqin nəticələrindən görünür ki, bazarda yay mövsümü üçün xarakterik olan passivlik davam edir. Ay ərzində təklif üzrə artım 4,2% təşkil etsə də, tələb 5,7% azalıbdır. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında da ötən ayla müqayisədə azalma qeydə alınıb ki, bu bağlanan əqdlərin dinamikasının azalmasına səbəb olub (3,6%). Ay ərzində bazarda orta qiymət dəyişməz qalmış və 16240 ABŞ dollarına bərabər olub. Bazarda müşahidə olunan passivlik avtomobillərin ekspozisiya müddətinin artmasını bir qədər də dərinləşdirib. İyun ayında ekspozisiya müddəti daha 2 gün artaraq 92 günə çatıb. Müvafiq olaraq risk dərəcəsi artıb və əmlakın bu növü üzrə likvidlik dərəcəsi bir qədər də aşağı düşüb. Təkrar avtomobil bazarında araşdırma predmeti olan 6580-dən artıq avtomobilin 41,1%-i bazara məhz iyun ayı ərzində təklif olunub. Qalan 58,9%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Avronun dolları üstələmə tendensiyası idxal olunan avtomobillərin qiymətlərində də özünü göstərib. Avtomobillərin satış qiymətləri artmasa da, sahibkarlar xarici valyutaların denaminasiyasından əziyyət çəkdiklərini gizlətmirlər. Bu tendensiyanın passiv yay mövsümünə düşməsi qiymət artımının qarşısını alsa da, qarşıdakı aylarda qiymətin yüksələcəyi istisna olunmur. İki ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası ?Mercedes-Benz?in təklif üzrə payı ümumi portfeldə 35,2%-ə enib (azalma 2,5%). ?Mercedes-Benz?in təklif payında azalmanın qeydə alınmasına baxmayraq, bu markaya olan maraq hələ də digər rəqibləri böyük fərqlə geridə qoyur. Ümumilikdə əsas 9 marka üzrə təklif payı 81,1% təşkil edib. Yerdə qalan 18,9% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür (Diaqram 1).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA