Bürokratik amillər əhalinin ipoteka kreditinə olan marağını azaldıb

img

08-07-2009 [05:10]


?Hazırda Azərbaycanda vətəndaşların ipoteka kreditinə marağı ürəkaçan səviyyədə deyil. Əhalinin ipoteka kreditinə təlabatı çox olsa da, bundan istifadə etmək imkanları məhduddur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib. Onun sözlərinə görə, proqramın bərpa ediliməsindən bir ay keçməsinə baxmayaraq, cəmi 20 nəfər kredit alıb: ?Eyni zamanda, iyun ayında vətəndaşlar tərəfindən ipoteka kreditinin alınması ilə bağlı müşahidə edilən aktivlik hazırda müşahidə edilmir. Buna səbəb isə kreditlər verilən zaman şərtlərin təkmilləşdirilməməsidir. Praktiki olaraq, Mərkəzi Bank uzun müddət veriləcək ipoteka kreditlərinin şərtlərini təkmilləşdirəcəyi barədə bəyanatlar səsləndirməsinə baxmayaraq, kreditlərin verilməsi əvvəlki şərtlərlə həyata keçirilir. İndiki şəraitdə ipoteka kreditlərinin məbləğinin maksimum şəkildə dəyişidirilməsinə ehtiyac duyulurdu. Nəzər almaq lazımdır ki, bu gün adi ipotekaların maksimum məbləği 50 min manat olmaqla 25 il müddətinə və 8 faiz şərti ilə verilir. Güzəştli ipotekalar isə 35 il müddətinə və 4 faiz olmaqla 35 min manat verilir. Bu ipoteka proqramı daşınmaz əmlak bazarında canlanma yarada bilmədi. Çünki ipoteka proqramı Bakı-mərkəz və ətraf rayonlarında mənzil bazarına təsir etmək imkanına malik deyil. 2007-ci ildə müəyyən edilən 50 min manat və eləcə də 35 min manat mənzil bazarında qəbuledilən idi. İki müddət keçməsinə baxmayaraq, bütövlükdə mənzillərin qiymətində artımlar olduğun üçün 50 və ya 35 min manata mənzil tapmaq problemi var?. İqtisadçı-ekspert onu da bildirib ki, ipoteka kreditlərinin alınması üçün tələb olunan sənədlərdə də yüngülləşmə aparılmalıdır: ?İpoteka Fondu ipoteka krediti almaq üçün 18 sənəd tələb edir. Bu sənədlər içərisində kifayət qədər bürokratik sayıla biləcək sənədlər də var. Elə sənədlər var ki, onu almaq üçün vətəndaş xeyli müddət vaxt sərf eləməlidir. Bundan əlavə, vətəndaşın bu sənədlərə görə əlavə xərci çıxır. Fondun mənzilin, eləcə də vətəndaşın sığortalanması ilə bağlı təklifləri kifayət qədər ağırdır. Əgər hər hansı bir vətəndaş yeni tikilən binadan mənzil alırsa, digər mənzili İpoteka Fonduna təqdim etməlidir. Bu isə mümkün deyil. Yəni, ipoteka kreditindən o kəs istifadə edir ki, onun mənzilə ehtiyacı var. Digər tərəfdən, ipoteka kreditinin alınması ilə bağlı tələb edilən iş yerindən arayış və əməkhaqqının məbləği sərtləşdirilib. Hər hansı bir vətəndaş ipoteka kreditindən yararlanmaq üçün minimum 400 manat əməkhaqqı almalıdır. Nəzərə almaq lazımdır ki, bu məbləğ və bundan artıq əməkhaqqı alan vətəndaşların sayı çox deyil. Şərtlərin sərtləşdirilməsi isə vətəndaşların ipoteka proqramından səmərəli şəkildə istifadəsinə imkan vermir?. V.Bayramovun qənaətincə, hökumət vətəndaşlarda ipoteka kreditinə olan inamsızlığın artırmaq üçün bir sıra dəyişikliklər etməlidir: ?Təcili sürətdə məbləğin artırılması ilə bağlı qərar verilməlidir. Kreditlərin alınması üçün tələb olunan sənədlərin sayı azadılmaldır. Eləcə də, yeni tikilən binalardan mənzillərin alınması zamanı tələb olunan girovlar olmamalıdır. Bütün bunlar məsələnin hüquqi tərəfidir. Bundan başqa, ipoteka proqramının hüquqi əsasları ilə yanaşı, digər psixoloji tərəfləri də var. Bu gün vətəndaşların banklardan sərbəst şəkildə ipoteka krediti götürməyə inamı sıfır səviyyəsindədir. Çox təəssüflər olsun ki, artıq vətəndaşlarda belə bir ideya formalaşıb ki, kredit almaqdan ötrü, gərək, kimlərinsə xüsusi tapşırıqları olsun. Buna səbəb isə bəzi bankların əhaliyə kreditlər verərkən ?şapka? tələb etməsidir. Belə bir prosesin baş verməsi bu cür ideyaların daha da artmasına səbəb olur. Bundan əlavə, ipoteka kreditlərinin müvəkkil kommersiya bankların vasitəsilə verilməsinə nəzarət gücləndirilməlidir. Problemlərin baş verməsi isə nəzarətin zəif olmasından irəli gəlir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA