ARDNŞ Nazirlər Kabinetinin qərarını gözləyir

img

08-07-2009 [03:45]


Bəzi mətbu orqanlar ?Azəriqaz? SC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyinə verildikdən sonra həmin qurumda kütləvi ixtisarların olacağını bildirirlər. Eyni zamanda ixtisarların ARDNŞ-in digər strukturlarında başlandığı da verilən məlumatlar sırasındadır. ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında təmsil etdiyi qurumun strukturlarında kütləvi ixtisarların aparılmadığını deyib: ?Bir ildir ki, Neft Şirkətində kütləvi ixtisarların olması barədə söz-söhbət gedir. Lakin ortada heç nə yoxdur. Əgər belə bir fakt olsaydı, bu, ictimaiyyətə açıqlanardı?. ?Azəriqaz?a gəldikdə isə mətbuat katibi deyib ki, hələki bu təşkilat ARDNŞ-in balansında deyil. Onun strukturunun müəyyənləşdirilməsi, ştat cədvəlinin təsdiqlənməsi Prezidentin sərəncamına əsasən Nazirlər Kabinetinə tapşırılıb. Nazirlər Kabinetinin müvafiq qərarından sonra bu qurumdakı dəyişikliklər barədə dəqiq bir söz söyləmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA