Qazın qiymətinin artırılması bəzi rayonlarda çörəyin qiymətinə təsir edib

img

07-07-2009 [06:21]


Tarif Şurasının təbii qazın qiymətində iki dəfə artırım etməsi çörəyin də qiymətinin qalxmasına təsir göstərəcək. Bu sözləri deyən iqtisadçı-alim Teyyub Qəni Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Azərbaycanın üç rayonunda ? Şirvan, Hacıqabul və Sabirabadda çörəyin qiymətinin qaldırılmasına da toxunub: ?Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycanda bu il yüksək səviyyədə taxıl biçini gözlənilir. Bu nöqteyi-nəzərdən də taxıl və taxıl məhsullarının qiymətinin qalxması qeyri-mümkündür. Hətta ƏDV-nin tətbiqinin də çörəyin qiymətinə təsir etməyəcəyini bildirirdilər. Çünki xaricdən taxıl idxalına eytiyac yox idi. Bundan əlavə, enerjidaşıyıcılarının da qiymətində heç bir dəyişikliyin olmayacağı deyilirdi. Amma yüksək səviyyəli dövlət rəsmilərinin dediklərinin əksinə olaraq, təbii qazın qiyməti iki dəfə qaldırıldı. Bildiyimiz kimi, Azərbaycanda çörəkbişirmə kombinatları və ya sexləri də qazla işləyir. Təbii ki, təbii qazın qiymətinin iki dəfə qaldırılması, çörək bişirmədə istifadə edilən xərcləri artır. Ona görə də çörəyin qiymətinin artırılmasını normal qarşılamaq lazımdır. Hansı müəssisədə təbii qazdan istifadə edilirsə, həmin məhsullarda qiymətlərin artması qaçılmazdır. Burada heç bir sahibkarı qınamaq düzgün deyil. Günah ölkənin iqtisadi siyasətini yürüdənlərdədir?. T.Qəninin sözlərinə görə, əhaliyə veriləcək təbii qazın qiymətinin iki dəfə qaldırılmasının heç bir iqtisadi əsası yoxdur: ?Dünyada böhran baş verib. Heç bir ölkədə enerjidaşıyıcılarının qiymətində artırımlar edilməyib. Əkisinə, müəyyən güzəştlər və yardımlar edilir ki, cəmiyyət sosial durğunluğa məruz qalmasın. Azərbaycan əhalisinin 80 faizi yoxsul təbəqəyə aid olduğu halda vətəndaş iki dəfə qaldırılan təbii qazın xərcini necə ödəsin? Hesab edirəm ki, Tarif Şurası qazın qiymətində etdiyi artırımları mütləq endirməli və istehsal prosesinə çəkilən xərclərə nəzər yetirilməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA