?Bank Standard?ın yeni aksiyası: ?GəncKart? bütün yay boyunca?

img

07-07-2009 [01:15]


?Bank Standard? yeni aksiya başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iyulun 1-dən sentyabrın 30-dək davam edəcək ?GəncKart? bütün yay boyunca? adlı aksiya çərçivəsində ?GəncKart? sahibləri üçün ?üç lotereya tirajı keçiriləcək. Hər tirajın uduş fondunu gənclərin xüsusi rəğbət bəslədikləri 15 müxtəlif hədiyyə təşkil edir. Bunların arasında fotoaparatlar, iPod musiqi pleyerləri, mobil telefonlar, idman ləvazimatı, kitab, habelə idman və əyləncə mərkəzlərinə biletlər daxildir. Aksiyada iştirak etmək üçün ?GəncKart?la POS-terminal və ya internetdə ödəmə əməliyyatı aparmaq tələb olunur. Aksiya müddəti ərzində ?GəncKart?la aparılan ödəmənin hər 10 manatı (dolları) müqabilində kart sahibi bir lotereya şansı əldə edəcək. Lotereya tirajları 30 iyul, 30 avqust və 30 sentyabr tarixlərində saat 17:00-da Azərbaycan prospekti, 4 ünvanında yerləşən ?Bank Standard? Baş Ofisində keçiriləcək. Lotereya iştirakçılarının siyahısı hər tirajdan əvvəl www.bankstandard.com saytında elan ediləcək. Müştərilər haqqında məlumatların gizliliyini təmin etmək məqsədilə kart sahiblərinin adları siyahılarda göstərilmir. Eyni səbəbdən kampaniyada iştirak edən kartların 16 rəqəmli nömrələrinin yalnız ilk və son dörd rəqəmləri (1-4-cü və 13-16-cı), habelə onlara şamil edilmiş sıra nömrələri (lotereya şanslarının nömrələri) göstəriləcək. Siyahı ilə tanış olmaq üçün bilavasitə bankın filiallarına da müraciət etmək olar. Lotereya oynanışı tiraj komissiyasının iştirakı ilə Azərbaycan qanunvericiliyinə və DQKK-nın təlimatlarına uyğun keçiriləcək. Lotereyanın qalibləri bankın saytında, habelə kütləvi informasiya vasitələrində elan ediləcəklər. Xatırladaq ki, ?GəncKart? bank hesablaşma kartı və hesabındakı gündəlik qalıq məbləğinin üzərinə illik 10% gələn depozitin üstün cəhətlərini özündə cəmləyir. Yaşı 18-35 arasında olan hər bir kəs ?GəncKart? sahibi ola bilər. ?Bank Standard?ın istənilən filialına şəxsiyyət vəsiqəsilə müraciət edib bu kartı sifariş etməklə növbəti iş günü onu əldə etmək olar. Kart hesabının valyutasından asılı olaraq kartın illik xidmət haqqı 10 manat və ya ABŞ dolları təşkil edir. Lakin kart hesabına 500 manat və ya dollardan artıq ilkin məbləğ yatıran müştərilər bu məbləği ödəməkdən azad olunurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA