?Nabukko? layihəsi Azərbaycanı qaz problemi ilə üzləzdirə bilər

img

06-07-2009 [03:42]


?Azərbaycanın Türkiyəyə satdığı təbii qazın qiyməti Rusiyanın ?Qazprom? Şirkətinə satdığı qiymətə uyğunlaşdırıla bilər. Hələki bu barədə iki ölkə arasında danışıqlar gedir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban deyib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında təbii qaz anlaşması ilə bağlı növbəti danışıqlar iyulun sonunda reallaşacaq: ?Danışıqların sonuncu olacağı və ya yenidən uzadılacağını proqnozlaşdırmaq qeyri-mümkündür. Çünki iki ölkə arasında olan müqavilə 2008-ci ilin aprel ayından bitib. Nəzərinizə çatdırım ki, o zamankı müqaviləyə görə, Türkiyə Azərbaycandan aldığı təbii qazın hər 1000 kub metrinə görə 120 dollar ödəyirdi. Çox təəssüflər olsun ki, 14 aydır bu məsələyə aydınlıq gətirilməyib və hələ də sona çatmayıb?. Ekspert onu da bildirib ki, iyulun 13-də Türkiyədə ?Nabucco? qaz kəməri layihəsi ilə bağlı hökumətlərarası saziş imzalanacaq: ?Ancaq bu o demək deyil ki, kəmər reallaşır. Nəzərə almalıyıq ki, ilk növbədə kommersiya və tranzit sazişi imzalanmalıdır. Bundan sonra torpaq alıq-satqısı həyata keçirilməli, dəhliz müəyyənləşməli, tikinti üzrə tender elan edilməlidir. Bütün bunlar həyata keçəndən sonra kəmər hazır olur və qalır onu texniki qazla doldurmaq?. İ.Şabanın sözlərinə görə, ?Nabucco? kəmərinə ildə birinci mərhələ üçün 9 milyard kub metrdən az olmayan qaz verilməlidir: ?Bu, 9 milyardı hardan tapacaqlar, bax, bu məsələ hələki öz həllini tapmayıb. Çünki Azərbaycanın bu məsələdə dəqiq qərarı yoxdur. Belə getsə, bu layihə 2020-ci ilə ancaq reallaşacaq. Çünki bu layihənin resurs bazası yoxdur. Azərbaycanın ?Şahdəniz-2? yatağında maksimum 14 milyard kub metr eksport qazı olacaq. Bunun alıcısı Türkiyə və Yunanıstan da ola bilər, İtaliyanın da olması mümkündür?. İ.Şaban deyib ki, əgər ölkəmiz təbii qaz ehtiyatının hamısını ?Nabucco? layihəsinə versə, özümüz qazsız qalacağıq. Ona görə də bu məsələdə ehtiyatlı olmalıyıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA