Azərbaycanın enerji sektorunda kütləvi ixtisarlar bazlayıb

img

06-07-2009 [01:47]


Dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirləri getdikcə artmaqdadır. Bu günə kimi bir sıra iri və xırda istehsal müəssisələri iqtisadi böhran səbəbindən ya bağlanıb, ya da işçilərinin xeyli hissəsini ixtisara salıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Mingəçevir Su Elektrik Stansiyası (SES) və Mingəçevirdə yerləşən Azərbaycan Dövlət Rayonlararası İstilik Elektrik Stansiyası (AzDRİES) da maliyyə problemləri üzləşib. Bu burədə MİA-nın Mingəçevirdəki müxbiri məlumat verib. O, bildirib ki, son günlər AzDRİES-də təxminən 450 nəfər işçi ixtisara salınıb. Mignəçevir SES-də də xeyli işçi ixtisar olunub. Hər iki qurumun rəhbərliyinin ixtisarların səbəbini maliyyə problemləri ilə əlaqələndirdikləri bildirilir. Verilən məlumata görə, bunlarla yanaşı, enerji istehsalı ilə məşğul olan digər müəssisələrdə də ixtisarlar gözlənilir. Məsələylə bağlı ?Azərenerji? SC-nin mətbuat xidmətinin əməkdaşı Ələkbər Baxşəliyev MİA-ya açıqlamasında ixtisar faktını təsdiqləyib. O, bildirib ki, ixtisar var, amma onların sayı qeyd olunan qədər çox deyil: "Əslində ixtisar aparılmayıb. Müqavilə ilə işə götürülənlərin müddəti bitdiyi üçün işdən kənarlaşdırılıblar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA