?Azərbaycanda korporativ istiqraz bazarının inkizafı? mövzusunda beynəlxalq konfrans keçirilib

img

03-07-2009 [03:51]


Yapı Kredi və Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), ?Azərbaycanda korporativ istiqraz bazarının inkişafı? mövzusunda beynəlxalq konfrans təşkil edib. 3 iyul 2009-cu il tarixində Bakıda Park İnn Hotelində keçirilən konfransda şirkətlərin maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə borclanma mexanizmlərinin tətbiqi və maliyyə bazarının inkişafı haqqında təklif və fikirlər müzakirə edilib. Azərbaycanın qabaqcıl şirkətlərinin və maliyyə təşkilatlarının rəhbərlərinin iştirak etdiyi konfransda Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Sədri Rüfət Aslanlı, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfiri Hulusi Kılıç, Yapı Kredinin İdarə Heyətinin Sədri Tayfun Bayazıt, Yapı Kredinin İdarə Heyətinin Uzvu ve Baş İcraçı Direktoru H. Faik Açıkalın, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, Yapı Kredi İnvestin Baş Meneceri Ahmet Yıldırım, Yapı Kredi Xəzinə İdarəedilməsi üzrə Baş Direktor müavini və İdarə Heyəti üzvü Mert Yazıcıoğlu və Bakı Fond Birjasının İdarə Heyətinin Sədri Xəyal Abdinov məruzə ediblər. Yapı Kredinin Baş İcraçı Direktoru H. Faik Açıkalın, Yapı Kredi-nin strateji əhəmiyyətə sahib olan Azərbaycanda 10 ildir fəaliyyət göstərdiyini və yeni investisiyalarla bu ölkədə mövqeyini möhkəmləndirdiyini qeyd etdi. Açıkalın, cari ilin may ayının sonu etibarı ilə 180 milyon ABŞ dolları məbləğində aktiv böyüklüyünə malik Yapı Kredi Azərbaycanın 2.350 korporativ və sahibkar, 19.600 fərdi (fiziki şəxs) müştəriyə xidmət göstərdiyini əlavə etdi. Yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatında daha mühüm bir rol oynamaq istədiklərini bildirən Açıkalın bele davam etdi: ?Son illərdə Azərbaycan maliyyə bazarı baxımından bir inkişaf və reform prosesi içərisindədir. Xüsusilə, bankçılıq sisteminin inkişafı üçün bu sahədəki bilik və təcrübəmizi bazar iştirakçıları ilə paylaşırıq. Azərbaycan iqtisadiyyatında özəl sektorun borclanma mexanizmlərinin tətbiqi və maliyyə mənbələrinin əldə edilməsi yollarının zənginləşdirilməsi üçün həyata keçirilən fəaliyyətlərə dəstək veririk. Bu məqsədlə Qiymətli Kağılzlar üzrə Dövlət Komitəsi ilə birlikdə konfransı təşkil etməkdən məmnunluq duyuruq.? Konfransda Milli Məclis İqtisadi Siyasət Komitəsi, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası ilə yanaşı beynəlxalq istvestorlar, sərmayə şirkətləri, banklar və maliyyə institutları iştirak etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA