Bəzi tikinti materiallarında qiymət artımı müzahidə edilir

img

03-07-2009 [03:46]


?2009-cu ilin iyun ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda 87 çeşidli tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan malların ümumi istehsalda həcmi 52,9 faiz təşkil edib?. ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin icraçı direktoru Ramil Osmanovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, neftin qiymətindəki artımlar və maliyyə birjalarında qiymət indekslərinin müsbətə doğru dəyişməsi tikinti materialları bazarına təsir göstərib: ?Tikinti materiallarının qiymətində cüzi də olsa artım qeydə alınıb. Qeyd edək ki, qiyməti artan materiallar arasında yerli istehsal məhsulları ilə yanaşı, idxal məhsullarına də rast gəlinir. May ayında 5 aylıq fasilədən sonra istehsalı bərpa olunan armaturun qiyməti artan məhsullar arasında olsa da, araşdırmalar göstərir ki, bu qiymət artımı müvəqqəti xarakter daşıyır. Belə ki, Bakı Poladəritmə zavodunun xammal ehtiyatı 6 min ton təşkil edib ki, bu da fasiləli iş rejimində cəmi 10 günlük istehsal üçün yetərlidir. Araşdırmalarımıza görə, hazırda zavodun gündəlik istehsal gücü 1000 tondur. Metal və metal məmulatlarının, eyni zamanda, ağac məmulatlarının qiymətindəki azalma may ayından başlayaraq artımla müşahidə olunub. Bu tendensiya iyun ayında da baş verib. May ayında araşdırmaya məruz qalan 87 adda məhsuldan 19-ü üzrə qiymət azalması, 12-si üzrə qiymət artımı, 56-sı üzrə isə stabillik müşahidə edilib. Qiyməti artan məhsullar ümumi təklif portfelində xüsusi çəkiyə sahib olan məhsullar olduğundan, bazardakı qiymətlərdə də artım qeydə alınıb. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə artım may ayı üzrə müqayisədə 1,5 faiz təşkil edib. İyun ayında taxta 5,7%, dik 9,3%, armatur 2,1%, dəmir təbəqə 13%, şiveller 5,3% bahalaşıb. Bundan əlavə, mişar daşı 6,9%, qum 2,9%, DSP 4,6%, boru 2,7%, sink təbəqəsi 0,6%, plastik boru 3%, lambirin 1,8%, mismar 5%, laminat parket 0,8%, şüşə pambıq 13% ucuzlaşıb. Digər tikinti materiallarının qiyməti iyun ayında stabil qalıb?. R.Osmanov onu da bildirib ki, iyun ayında tələb çox aşağı düşüb: ?Xırda və orta sahibkarlar iyun ayının son həftəsini alıcı baxımdan ilin ən passiv həftəsi kimi qiymətləndiriblər. Qiyməti düşən məhsullar əsasən hörgü və sürtgü matreialları olub. Ay ərzində isə tikinti materiallarının qiyməti 1,5 faiz artıb. Buna baxmayaraq, ilin əvvəli ilə müqayisədə 4,3%, ötən illə müqayisədə 43,4% qiymət ucuzlaşması qeydə alınıb. Qiymət indeksi isə ötən aya nisbətən 1,4 dəfə artaraq 199,9 səviyyəsində qərarlaşıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA