iqtisadçı-ekspert: ?Azəriqazın? ARDNŞ-ə birləzdirilməsi problemləri daha da artıra bilər

img

02-07-2009 [03:41]


?Prinsip etibarı ilə hasilat və nəqliyyat şirkətlərinin bir şirkətdə olması yolverilməz haldır. Bu, inhisarçılığı ən görünməmiş həddə qədər aparacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?İqtisadi Təşəbbüslərə Yardım? İctimai Birliyinin sədri Azər Mehtiyev ?Azəriqaz? QTSC-nin Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) birləşdirilməsinə münasibət bildirərkən deyib. Onun qənaətincə, belə bir vəziyyət bu sferada qapalılığı daha da gücləndirəcək: ?Zaman-zaman ARDNŞ-də və ?Azəriqaz?-da şəffaflıq və hesabat problemləri olub. Bundan sonra o problemlər daha da acınacaqlı ola bilər. Bu, idarəetmənin nəin ki, təşkmilləşdirilməsinə, əslində bir qədər də problemlərin artmasına gətirib çıxaracaq. Əslində idarəetməni təkmilləşdirmək, həmin sferada şəffaflığı artırmaq, xərclərin qənaət edilməsinə nail olmaq istəyiriksə, paylama şəbəkələrinin özəl sektora verilməsinə ehtiyac vardı. Bu sektorda rəqabətin yaradılmasına ehtiyac duyularaq, bu halda həm dövlətin xərcləri azalar, həm də əhaliyə göstərilən xidmətin keyfiyyəti yüksələrdi. Bu baxımdan indiki addımı yalnız ARDNŞ-in maliyyə vəziyyətinin yaxşılaşmasına yönəlmiş bir addım kimi dəyərləndirmək olar. Burada söhbət yalnız əhaliyə veriləcək təbii qazın qiymətinin iki dəfə qaldırıldığı bir vaxtda şirkətin vəziyyətinin yaxşılaşdırılmasına yönələn addımdan gedir?. İqtisadçı-ekspert onu da bildirib ki, ?Azəriqaz? QTSC-nin ARDNŞ-ə birləşdirilməsindən sonra əhaliyə veriləcək təbii qazın keyfiyyətində də heç bir dəyişiklik olmayacaq: ?Burada söhbət yalnız xidmətin keyfiyyətindən gedir. Ancaq mən inanmıram ki, indiki halda bu xidmətin keyfiyyətində yaxşılaşma olsun. Yəni, pisləşmə gözlənilə bilər, nəin ki, yaxşılaşma? A.Mehtiyevin fikrincə, təbii qazın qiymətinin iki dəfə artırılması istixanalarda becərilən tərəvəz məhsullarının qiymtlərinə birbaşa təsir göstərəcək: ?Eyni zamanda, bu, psixoloji hədd kimi digər məhsulların da qiymətlərinə müəyyən təsirlər edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA