20 vətəndaza ipoteka krediti verilib

img

02-07-2009 [11:59]


Ölkədə ipoteka kreditlərinin verilməsinin bərpasından bir ay ötür. İpoteka Fondunun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, iyun ayı ərzində müvəkkil kredit təşkilatları tərəfindən adi ipoteka krediti almaq üçün 544, güzəştli ipoteka krediti almaq üçün isə 44 vətəndaşın rəsmi müraciət ərizəsi qəbul edilib. Daxil olmuş müraciətlər üzrə kredit məbləğlərinin ümumi həcmi 26 milyon manata yaxındır. İyun ayı ərzində 20 vətəndaşın müraciəti müsbət cavablandırılıb və onlara ipoteka kreditləri verilib. Verilmiş kreditlərin məbləği 1 milyon manata yaxındır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA