Rövnəq Abdullayev ?Azəriqaz? SC-nin sədri Əlixan Məlikovun üzərində qələbə çaldı

img

01-07-2009 [09:01]


[b]Təbii qazin qiyməti 2 dəfə qaldırıldıqdan sonra ?Azəriqaz? SC Dövlət Neft Şirkətinin tabeliyinə verildi[/b] Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən ?Azəriqaz? Səhmdar Cəmiyyəti Dövlət Neft Şirkətinin tabeliyinə verildi. Sərəncamda qeyd edilir ki, son illər Azərbaycan Respublikası qaz idxal edən ölkədən həm qazın ixracatçısı, həm də tranzit ölkə kimi mövqelərini möhkəmləndirməkdədir. Lakin bu proses iqtisadiyyat üçün geniş perspektivlər yaratmaqla yanaşı beynəlxalq standartların tətbiqini tələb edir. Mövcud sahələrarası maneələr, paralel qurumlar sahənin kompleks şəkildə inkişaf etdirilməsində, investisiyaların cəlb edilməsində və texnoloji sistemin tam şəkildə yenidən qurulmasında müəyyən məhdudiyyətlər yaradır. Bununla bağlı idarəetmə sisteminin təkmilləşdirilməsi və itkilərin azaldılması yolu ilə səmərəliliyinin artırılması hesabına qazın nəqli və təchizatında operativ idarəetmə mexanizmləri təşkil edilməlidir. Azərbaycan Respublikasının neft-qaz sahəsində vahid idarəetmə sisteminin yaradılması məqsədi ilə səhmləri tamamilə dövlətə məxsus olan qapalı tipli ?Azəriqaz? Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verilsin. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə tapşırılır ki, bir ay müddətində bu sərəncama uyğun olaraq Dövlət Neft Şirkətinin Nizamnaməsi və Strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb prezidentinə təqdim etsin və sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Qeyd edək ki, belə bir sərəncamın imzalaması həm də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin ?Azəriqaz? SC prezidenti Əlixan Məlikovun üzərində qələbəsi sayıla bilər. Çünki bundan sonra Ə.Məlikov R.Abdullayevin tabeliyndə işləməli olacaq. Hətta R.Abdullayevin ?Azəriqaz? rəhbərliyinə özünə yaxın olan şəxslərdən birini gətirəcəyi istisna olunmur. Bu isə Ə.Məlikovun karyerasına son qoyulması ilə nəticələnə bilər. Qeyd edək ki, son illər R.Abdullyaevlə Ə.Məlikovun arasında bu sahəyə nəzarət uğurunda gizli savaş gedirdi. Hətta Ə.Məlikov əhaliyə verilən qazın tərkibinin zəhərli olması ilə bağlı üstüörtülü açıqlamalar verməkdən də çəkinmirdi. ?Azəriqaz? rəhbərinin bu bəyanatları ilə R.Abdullayevi hədəfə götürdüyü şübhə doğurmurdu. Xatırladaq ki, iyunun 30-da Tarif (qiymət) Şurasının iclasında ?Azəriqaz? QSC-nin əhali istehlakçı qrupuna satılan qazın qiymətinə yenidən baxılmasına dair müraciəti müzakirə olunub. Təbii qazın istehlakında israfçılığın qarşısının alınması, əhalinin təbii qazla keyfiyyətli və etibarlı təminatının daha da yaxşılaşdırılması məqsədi ilə, eləcə də mövcud qiymətin çəkilən xərcləri ödəməməsi nəzərə alınaraq hər 1000 kubmetr təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA