Mavi yanacağın qiymətinin artırılması əhalini vəziyyətini ağırlazdıracaq

img

01-07-2009 [07:04]


?Azərbaycanda mavi qazın pərəkandə satış qiymətinin artırılmasına iqtisadi zəmin var idi. Çünki ölkəmizdə əhaliyə verilən təbii qazın qiyməti qonşu ölkələrlə ? Rusiya, Qazaxıstanla müqayisədə xeyli aşağıdır. Azərbaycanda təbii qazın qiyməti Rusiya ilə 3, Qazaxıstanla müqayisədə isə 2 dəfə azdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Tarif Şurasının qazın qiymətinin iki dəfə artırılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əslində, təbii qazın qiymətinin artırılması məqsədəuyğun deyil: ?Hər hansı bir enerjidaşıyıcısının qiymətinin 2 dəfə artırılması hər bir ailənin büdcəsində gərginlik yaradır. Nəzərə almaq lazımdır ki, ailənin istənilən xərci az olsa da belə, qazın qiymətinin iki dəfə artırılması ailənin və bütövlükdə sosial vəziyyətinə neqativ təsir göstərir. Qazın qiyməti 50 faiz artırıla bilərdi. Ancaq çox təəssüf ki, Taarif Şurası ?Azəriqaz? QSC-nin təklifinə əsasən təbii qazın qiymətini 2 dəfə artırlması ilə bağlı qərar verdi. Qlobal maliyyə böhranı başladıqdan sonra heç bir dövlət enerjidaşıyıcıları , mavi qazın, elecə də kommunal xərclərin qiymətinin artırılması ilə bağlı qərar qəbul etməyib. Bu onunla bağlıdır ki, qlobal maliyyə böhranı məhz əhalinin gəlirlərinin azalmasına gətirib çıxarır. Həmin gəlirlərin azalması artırılmış qiymətlə xərclərin ödənilməsində problemlər yaranır. Azərbaycanda da həmin gəlirlərin azalması müşahidə edilir. Düzdür, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, son bir ildə əhalinin gəlirləri artıb. Bundan əlavə, tikinti sektorunda durğunluğun davam etməsi, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxardıb. Eyni zamanda, DSK-nın məlumatına görə, əhalinin xərclərinin 65 faizi ərzaq məhsullarının alınmasına, digər 10 faiz isə vergilər və digər 25 faiz isə məcburi ödənişlərin həyata keçirdilməsinə yönəldilir?. İqtisadçı-ekspert onu da bildirib ki, mavi qazın qiymətinin 2 dəfə artırılmasının təsiri iyul-avqust aylarında müşahidə edilməyəcək: ?Çünki iyul-avqust aylarında əhalinin qaz istehlakı az olur. Bu səbəbdən də, ?Azəriqaz? QSC mavi qazı anbarlarda saxlamağa çalışır. Güman olunur ki, bu gün qüvvəyə minən qərarın təsiri sentyabr ayının 2-ci yarısından başlayaraq, daha aydın şəkildə hiss ediləcək. Belə olan halda, əhalinin büdcəsində problemlər yaşanacaq?. V.Bayramovun fikrincə, qazın qiymətinin artırılması digər kommunal xidmətlərə heç bir təsir göstərməyəcək: ?Çünki əhaliyə satılan qazın qiymətində artım olacaq. Qazın qiymətinin artırılması hazırda kənd təsərrüfatı məhsullarının qiymətlərinə heç bir təsir göstərməyəcək. Çünki artıq parnik mövsümü bitib və normal qaydada həmin məhsullar yetişidirilir. Lakin qış mövsümündə isə bu məsələdə bir çox problemlər olacaq və kənd təsərrüfatı məhsullarının qiymətlərində artım baş verəcək. Sənaye məhsullarına da heç bir təsir göstərməyəcək. Çünki sənaye, dövlət və özəl təşkilatlara satılan mavi qazın qiyməti artırılmayıb. Ona görə də kommunal və digər məsələrə heç bir artım gözlənilmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA