Taxılçılığa ayrılan diqqət pambıqçılıqla tütünçülüyün inkizafını arxa plana keçirib

img

30-06-2009 [05:16]


Azərbaycan 20 il bundan əvvəl 60 min tondan artıq tütün istehsal edirdi. O zaman bu sahə üzrə ixtisaslaşmış bölgələr Şəki-Zaqatala və Kəlbəcər-Laçın idi. Hazırda isə ölkəmizdə tütünçülük demək olar ki, yox səviyyəsindədir. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, əvvəllər Şəki və Zaqatala rayonlarındakı əkin sahələrinin 70 faizə qədərində tütün əkilib. ?Bu sahə üzrə qismən də olsa, Lənkəran-Astara bölgəsi də məşğul olurdu. Sovet hökuməti dağılandan sonra bu sahə yavaş-yavaş unudulmağa başladı. 1998-ci ildə tütün istehsalı 15 min tona düşmüşdü. Hazırda isə 5-6 min ton tütün istehsal edilir. Bu göstərici bizim tələbatımızın heç 10 faizini belə ödəmir. Halbuki ölkəmizin getdikcə tütünə olan tələbatı artır?,- deyən V.Məhərrəmovun sözlərinə görə, istehsalın azalmasının bir çox səbəbləri var: ?Nəzərinizə çatdırım ki, Dünya İnkişaf Bankı Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı layihə həyata keçirir. Layihədə tütünçülüyə xüsusi münasibət göstərilərək, tütün istehsalı ilə məşğul olan fermerlərə yardım edilməməlidir. Onların qərarına görə, tütünçülüyü stimullaşdırmaq olmaz. Buna səbəb kimi tütünün orqanizmə ziyanıdır və dünya təşkilatları bilərəkdən bu sahəni zəiflədir. Hazırda bu sahədə vəziyyət olduqca gərgindir. Tütünçülüyə digər sahəyə olduğu kimi datasiya verilmir. Taxılçılığın inkişafı üçün ayrılan subsidiya, bu sahənin demək olar ki, mövcudluğunu sual altında qoyub?. Ekspert onu da bildirib ki, tütün istehsalı digər kənd təsərrüfatı məhsullarına nisbətən olduqca zəhmət tələb edən sahədir: ?Bu sahə həmçinin vəsait aparan sahədir. Digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə burda aqrotexniki qaydaların sayı çoxdur. Bu sahədə tədbirlər görülən zaman diqqətli olmaq lazımdır. Hökumət çalışmalıdır ki, birinci növbədə daxili bazarı və tələbatı öz istehsal hesabına təmin etsin. Lakin bu baş vermir. Görünür, dünya bazarında daha ucuz istehsal edən fermerlər var. Onlar da bu ölkələrdən ucuz məhsul idxal etməkdə maraqlıdırlar. Hökumət əsas üstünlüyü taxılçılığa verdiyinə görə, istər pambıqçılıq, istər çayçılıq, istərsə də tütünçülük tamamilə yaddan çıxıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA