Rusiya Azərbaycan qazını rekord qiymətə - 350 dollara alacaq

img

30-06-2009 [11:40]


Rusiya Azərbaycan qazının 1000 kubmetrini 350 dollara almağa hazırdır. "Kommersant" qəzetinin yazdığına görə, bu qərbin ?Nabucco? layihəsini mənasız hala salması üçündür. Sözügedən qəzet yazır ki, Rusiya və Qazprom Azərbaycanın təbii sərvəti sayılan karbohidrogenlərdən yararlanmaq istəyini heç vaxt gizlətməyib. Buna görə də Moskva qərbi və onun ?Nabucco? layihəsini Azərbaycan sərvətlərindən çıxarmaq istəyir. ?Qazprom?un idarə heyətinin rəhbəri Aleksandr Miller qazın qiymətini gizli saxlayib. Amma danışıqlarda iştirak edən tərəflərdən ?Kommersant?a bildiriblər ki, 1000 kubmert Azərbaycan qazı üçün Qazprom 350 dollar ödəməyə hazırdır. Verilən məlumatlara görə, Rusiya Azərbaycandan çox böyük həcmdə qaz almaq niyyətindədir. Burada Şahdəniz yatağından çıxan qazın alınması da nəzərdə tutulur. Belə ki, bu da ?Nabucco?ya çox güclü zərbə olacaq. Məlumat üçün bildirək ki, Rusiya prezidenti Dmirti Medvedev iyunun 29?u Bakıya bir günlük işgüzar səfərə gəlib. Görüşlərin nəticəsində Azərbaycan və Rusiya arasında bir sıra sənədlər imzalanıb. Onlardan biri də ?Azərbaycan təbii qazının alış?satışı üzrə müqavilənin şərtləri?adlı sənəddir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA