?Qazprom? və ARDNŞ Azərbaycan qazının tədarükünə dair müqavilə imzalayıb

img

29-06-2009 [06:46]


"Qazprom" bazar ertəsi Rusiya prezidenti Dmitri Medvedevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Azərbaycan qazının tədarükünə dair saziş imzalayıb. ANS PRESS-in ?RİA-Novosti?yə istinadən verdiyi xəbərə görə, Azərbaycan təbii qazının əsas alınma şərtlərini təsbit edən sənəd ?Qazprom?un idarə heyətinin sədri Aleksey Miller və ARDNŞ rəhbəri Rövnəq Abdullayev tərəfindən imzalanıb. Müqavilə Rusiya və Azərbaycan prezdentləri Dmitri Medvedev və İlham Əliyev arasında aparılan danışıqların yekunu üzrə imzalanıb. Görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, ölkəsi perspektivdə Rusiyaya qaz tədarükü həcmini artırmağı planlaşdırır. "Biz gələcəkdə Azərbaycanda qaz hasilatı həcmi artan kimi tədarükü artırmağı planlaşdırırıq", - deyə Əliyev Bakıda rusiyalı həmkarı ilə aparılan danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA