Azərbaycanda MHŞT üzrə on birinci hesabat mərhələsi bazlandı

img

29-06-2009 [05:36]


gn=left]2010/mineral-ehtiyat.jpg[/libt] Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış tərəflərin - MHŞT üzrə hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası - nümayəndələrindən ibarət Seçim Qrupunun 2009-cu il iyunun 29-da keçirilmiş iclasında MHŞT üzrə on birinci hesabat mərhələsinə start verilib. Seçim Qrupunun üzvləri 2009-cu ilin birinci yarısını əhatə edəcək hesabatların təhlil edilərək tutuşdurulması üçün audit şirkətinin seçilməsi məqsədilə keçiriləcək müsabiqədə iştiraka dair Azərbaycanda fəaliyyət göstərən və dünyada tanınmış nüfuzlu beynəlxalq audit şirkətlərinə bildiriş göndərilməsini qərara alıb. Təşəbbüsün Azərbaycanda həyata keçirilməsinə dair mexanizmə uyğun olaraq seçiləcək audit şirkəti hesabat dövrü üzrə Azərbaycan hökumətinin və ölkədə fəaliyyət göstərən neft və qaz şirkətlərinin hesabatlarını təhlil edərək onlara rəy verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA