Bələdiyyələrin yerli sakinlərin problemlərini həll etmək imkanları məhduddur

img

25-06-2009 [05:29]


?İndiki bələdiyyə sistemində çox saylı problemlər var. Bu gün bələdiyyələr öz ərazisindəki sakinlərinin problemlərinin həllində çox aciz bir vəziyyətdədir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bələdiyyə üzrə ekspret Vüqar Tofiqli deyib. Onun sözlərinə görə, bu sistemdə yaranan problemlərin bir çox səbəbləri var: ?Nəzərinizə çatdırım ki, bələdiyyələrimizin maliyyə vəziyyəti olduqca pisdir. Bu sistem iqtisadi böhranla çox ciddi şəkildə üzləşiblər. Bundan əlavə, sənədlər var ki, o sənədlər hələ tam şəkildə bələdiyyələrə verilməyib. Onların əmlakı yoxdur ki, idarə etsinlər. Torpaqların da bir çox hissəsi onlara verilməyib. Bütün bunların hamısı bələdiyyələrin fəaliyyətinə və onların ictimaiyyətdəki nüfuzuna müəyyən qədər təsir göstərib?. Ekspert onu da bildirdi ki, son vaxtlar hökumətin bu sahə üzrə atdığı addımları qənaətbəxş saymaq olar: ?İstər aprel ayında hərracla bağlı məqamların start verilməsi, istərsə də, bu yaxınlarda bələdiyyələrin birləşdirilməsi ilə bağlı verilən fərmanlar onu göstərir ki, dövlət bu sahənin inkişafında maraqlıdırlar. Məsələn, bələdiyyələrin sayı 2757 idisə, birləşdirilmədən sonra bu rəqəm 1766-a enəcək. Lakin görülən işlər bununla yekunlaşdırılmamalıdır. Yəni, bələdiyyələrə əlavə sənədlərin verilməsi və maliyyə məsələləri kimi problemlərə tez bir zamanda aydınlıq gətirilməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA