Prezident Əmlak Məsələləri Dövlət Komitəsinin əsasnaməsini təsdiqlədi

img

25-06-2009 [04:20]


Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanla komitənin əsasnaməsi, strukturu və tabeliyində olan qurumların, o gümlədən ƏMDK-ın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasnaməsi təsdiq edilib. Bundan əlavə, fərmanda keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzinin bazasında ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin yaradılması, bu Mərkəzin əsasnaməsinin təsdiq edilməsi əksini tapıb. Qeyd edək ki, ƏMDK və onun strukturuna daxil olan dövlət orqanlarının işçilərinin say həddi 726 ştat vahidi, o cümlədən Dövlət Komitəsi aparatı işçilərinin say həddi 260 ştat vahidi, ərazi şöbələrinin işçilərinin say həddi 315 ştat vahidi, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti aparatının işçilərinin say həddi 80 ştat vahidi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi aparatının işçilərinin say həddi isə 71 ştat vahidi müəyyən edilib. Fərmanda qeyd olunur ki, Nazirlər Kabinetinə 10 gün müddətində ƏMDK-ın və onun strukturuna daxil olan qurumların cari il üçün maliyyə təminatı ilə bağlı məsələlərin həll edilməsi, bir ay müddətində Komitənin təkliflərini nəzərə almaqla ƏMDK-ın tabeliyində olan qurumların fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görülməsi, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması və dövlət əmlakının idarə edilməsi, habelə daşınmaz əmlaka dair hüquqların qeydiyyatını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim edilməsi, bir ay müddətində Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılmasının təmin edilməsi və bu barədə Azərbaycan prezidentinə məlumatın verilməsi, həmçinin bu Fərmandan irəli gələn digər məsələlərin həlli tapşırılıb. ƏMDK-ya Komitənin tabeliyində hüquqi şəxs statuslu Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin təsis edilməsi və nizamnamələrin təsdiq edilməsi tapşırılıb. Fərman da o da vurğulanıb ki, Vergilər Nazirliyinə ƏMDK-ın tabeliyində yaradılacaq Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin dövlət qeydiyyatına alınması tapşırılıb. Qeyd edək ki, ƏMDK-ın sədri Kərəm Həsənovdur. Sözügedən komitə yaradılandan sonra onu tabeliyinə verilən dövlət əmlakının reyesrti xidmətirin rəhbəri Arif Qaraşovun bundan sonrakı vəzifə taleyi isə bu əsasnamədən asılı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA