Antiinhisar Siyasəti və istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradıldı

img

25-06-2009 [02:29]


Prezident İlham Əliyev İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılması haqda fərman imzalayıb. Fərmana əsasən, qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə dövlət xidmətlərinin bazasında yaradılır. Dövlət xidməti işçilərinin say həddi 172 ştat vahidi müəyyən edilib. Nazirlər Kabinetinə bir ay müddətində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında əsasnamənin layihəsini hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA