iqtisadi inkizaf Nazirliyi Sumqayıtda istifadə müddəti keçmiz 600 ton qida məhsulu azkarlayıb

img

24-06-2009 [06:20]


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak hüquqlarının pozulması ilə bağlı növbəti faktları aşkara çıxarıb. Bu gün keçirilmiş monitorinqlər zamanı Sumqayıt şəhərində istifadə müddəti keçmiş 600 ton qida məhsulu (qənnadı və kolbasa məmulatları, heyvan və bitki yağı, sərinləşdirici içkilər, konservləşdirilmiş tərəvəz və s.) aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Bakının Nərimanov və Qaradağ rayonlarında, o cümlədən Azərbaycanın Göyçay rayonunda tikinti məhsullarının satışı mağazalarında 43 ton saxta sement aşkar edilərək satışdan çıxarlıb. Qanun pozuntusuna yol vermiş 8 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati cərimələr tətbiq olunacaq. 17 may 2009-cu il tarixdən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 20 hüquqi şəxsə 76,5 min manat, 94 fiziki şəxsə isə 141,5 min manat cərimə tətbiq olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA