Avtomobil bazarında alıcılıq qabiliyyəti yüksəlməyib

img

23-06-2009 [04:46]


Avtomobil bazarında hazırkı vəziyyət əvvəlki aylarla müqayisədə dinamikanın aşağı düşməsi ilə müşahidə edilir. Bazarda faktiki olaraq əhalinin alıcılıq qabiliyyəti həddən artıq aşağı düşüb. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov deyib. R.Osmanovun sözlərinə görə, xırda və orta sahibkarlar əsasən alıcıların azlığından və eyni zamanda son zamanlar bazarda aktivliyin aşağı düşməsindən istifadə edirlər: ?Buna baxmayaraq, təkrar bazarda qiymətlərin artım tendensiyasını şərtləndirəcək bəzi amillər müşahidə edilməkdədir. Əsasən Gürcüstandan və Almaniyadan gətirilən avtomobillərin ölkəyə daxilolma qiymətlərində müəyyən artımlar var. Səbəb isə Avropa ölkələrində, xüsusən Almaniyada avronun kursunun dollarla müqayisədə getdikcə artmasıdır. Ona görə də bu amil avtomobillərin qiymətlərinə müəyyən mənada təsir göstərir. Düzdür, bu tendensiya daxili bazarda tam müşahidə edilmir. Faktiki olaraq, bu gün bazarda satılan avtomobillərin qiymətində o qədər də nəzərəçarpacaq səviyyədə artımlar yoxdur. Amma avtomobil satışı ilə məşğul olan sahibkarların fikirlərindən görünür ki, vəziyyət belə davam edəcəyi təqdirdə, onlar avtomobillərin qiymətində artıma doğru müəyyən qədər korrektə etməyə məcbur olacaqlar?. İcraçı direktor onu da bildirib ki, son zamanlar dünyada neftin qiymətinin artması dünyada iqtisadiyyatında o qədər də böyük əhəmiyyətə malik deyil: ?Çox təəssüflər olsun ki, bəzi iqtisadçılar neftin qiymətinin artımını əsas gətirərək maliyyə böhranının arxada qaldığını iddia edirlər. Amma araşdırmalar göstərir ki, məsələ heç də belə deyil. Neftin qiymətində artım müşahidə edilsə də, eyni zamanda enmələr də olur. Əksinə, neftin qiyməti dünya maliyyə birjalarında baş verən proseslərdən bilavasitə asılıdır. Ona görə də neftin qiymətinin artması avtomobil bazarına o qədər təsir göstərməyəcək?. R.Osmanovun fikrincə, avtomobil bazarında durğunluq bir müddət davam edəcək: ?Hesab edirəm ki, ipoteka kreditləşməsi kommersiya banklarının kapital imkanlarını gücləndirsə, avtomobil bazarına ayrılan kreditlərin həcmində müəyyən artımlar müşahidə edilə bilər. Bundan sonra avtomobil bazarında aktivlik arta bilər. Ancaq bu gün bu istiqamətdə hər hansı bir addım atılmadığı və avtomobil bazarına kreditlər ayrılmadığına görə, bu haqda optimist fikir söyləmək çətindir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA