ipoteka kreditləri ilə satılan mənzillərin 82 faizə yaxını iki otaqlı mənzillərdir

img

23-06-2009 [12:43]


?Hazırda daşınmaz əmlak bazarında müəyyən canlanma yaranmaqdadır. Bu, iyunun 1-dən - ipoteka kreditlərinin bərpasından sonra özünü biruzə verib?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?MBA? Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov deyib. Onun qənaətincə, baş verən prosesdən sonra daşınmaz əmlak bazarında aktivləşmə hiss edilir: ?Aktivləşmə ən çox təkrar mənzil bazarında baş verir. Yəni, həm qiymət, həm də keyfiyyət baxımından aşağı kateqoriyalı mənzillərə tələb daha çoxdur. Bu tələbin içərisində daha çox əhəmiyyət kəsb edən ikiotaqlı mənzillərdir. İpoteka krediti ilə satılan mənzil portfelinin 82 faizə yaxınını ikiotaqlı mənzillər təşkil edir. Məhz bu qrupa daxil olan mənzillərdə təxminən iki faizə yaxın qiymət artımı olub. Qarşıdakı aylarda isə bu kateqoriyaya daxil olan evlərdə 3-4 faiz artım gözlənilir?. N.İbrahimov onu da bildirdi ki, tikinti şirkətlərində müəyyən problemlər var. Onun sözlərinə görə, ipoteka kreditləri verilərkən ilkin olaraq şərt bu idi ki, alınan mənzil ilkin bazarda olmalıdır və tikinti şirkətlərindən alınmalıdır: ?Amma hadisələr göstərdi ki, tikinti şirkətləri buna hazır deyillər. Ona görə də əhalidə böyük narazılıq yarandı. Hansı tikinti şirkətləri tikintini başa çatdırıblar, onların yaşayış binalarında satılmamış mənzillər demək olar ki, yox səviyyəsindədir və ya onların sənədlərində problemlər var. Alıcılar tikinti şirkətlərindən istədiklərini tapa bilmirdilər. Bu gün də tikinti şirkətlərinin bir çoxu hələki bazarın tələblərinə cavab vermir. Onlar işlərində əvvəldən buraxdıqları nöqsanları aradan qaldırmasalar, yəqin ki, öz bazarlarında aktivlik hiss etməyəcəklər?. Ekspertin fikrincə, əgər ipoteka kreditlərinin verilməsi ilin axrına kimi davam etsə, bazarda stabilləşmə olacaq və hətta müəyyən artımlar da baş verə bilər: ?Ancaq tikinti sektoru yəqin ki, bu problemlər və nöqsanlar aradan qalxmayınca, ikinci inkişaf dalğasını yaşamayacaq. Problemlər tikintinin keyfiyyəti, tikintidə çalışan işçilərin peşəkar hazırlığı, tikintinin sənədləşməsi və maya dəyərindəki problemlərdən ibarətdir. Əgər bu məsələlər öz həllini tapmasa, ilkin bazarda canlanmanı görməyəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA