Fərdi uçot sistemində 7284 nəfər əcnəbi vətəndaz uçota alınıb

img

22-06-2009 [02:25]


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində 7 284 nəfər əcnəbi vətəndaş uçota alınıb. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu ilin ilk beş ayının statistikasına, əsasən, fərdi uçot sistemində 83 ölkədən 7284 nəfər xarici vətəndaş uçotdadır. Onların arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Hazırda fərdi uçota alınan Türkiyə vətəndaşlarının sayı 4124 nəfərdir. Növbəti yerdə 1148 nəfərlə Gürcüstan vətəndaşları gəlir. Azərbaycanın fərdi uçot sistemində uçota alınan vətəndaşların sayına görə üçüncü yerdə 520 nəfərlə Rusiya Federasiyası qərarlaşıb. Sonrakı yerləri İran İslam Respublikası (224 nəfər), Hindistan (185 nəfər), Çin Xalq Respublikası (86 nəfər), Ukrayna (70 nəfər), Pakistan İslam Respublikası (70 nəfər), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (67 nəfər), Malayziya (63 nəfər), Qazaxıstan (59 nəfər), Özbəkistan (57 nəfər) tutur. Qeyd edək ki, 2006-cı ildə ?Sosial sığorta haqqında? qanununa müvafiq dəyişikliklər edilib və Azərbaycanın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA