Toyuq əti və yumurtada qiymət artımı müzahidə edilir

img

18-06-2009 [04:40]


?Mayın 1-dən hökumət tərəfindən un və un məhsullarına əlavə dəyər vergisinin tətbiq etməsi daxili bazarda taxıl məhsullarına birbaşa təsir edib. Bu da öz növbəsində toyuq və toyuq məhsullarının qiymətlərinin artmasına səbəb olub?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, baş verən proseslər yumurta və quş ətinə təsir göstərib: ?İndiki məqamda yumurta istehsalçıları maya dəyəri yüksək olduğu üçün, onu nisbətən yüksək qiymətə satmağa məcbur olublar. On gün bundan qabaq topdan-satış mağazalarında yumurtanın qiyməti 4,6 qəpik idi. Lakin sonradan yumurtanın qiyməti iki dəfə artaraq 8-10 qəpik arasında oldu. Hazırda topdan-satış bazarında yumurta istehlakçıları tərəfindən ən çox Giləzi yumurtası alınır. Bunun topdan-satış qiyməti isə 5,6 qəpikdir?. Ekspert onu da bildirdi ki, daxili bazarlarda yem məhsullarının qiymətinin artması da bu sahəyə təsir göstərir. Onun fikrincə, sahibkarlar toyuğun qiymətini o qədər də qaldıra bilmirlər: ?Lakin soyuq fəsillər başlayandan sonra ola bilsin ki, bu artım toyuğun da qiymətinə birbaşa təsir etsin. Bundan əlavə, yerli istehsal olan toyuq budunu ucuz satmaq heç bir broyler şirkətinə sərf eləmədi. Ona görə də yerli məhsullarda qiyməti artımı baş verdi?. Ekspertin sözlərinə görə, nə vaxta qədər ki, ölkəmiz yem istehsalında xaricdən asılı olacaq, o vaxta qədər bu tendensiya davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA