Güzəztli ipoteka kreditləri bərpa edildi

img

18-06-2009 [01:41]


2009-cu ilin Dövlət büdcəsində güzəştli ipoteka kreditləri üçün nəzərdə tutulmuş 14 milyon manat vəsaitin bir hissəsi artıq İpoteka Fondunun hesabına köçürülüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Fondun mətbuat xidmətindən məlumat verilib. Qurumun məlumatına görə, iyunun 18-dən etibarən güzəştli ipoteka kreditlərinin verilməsi bərpa edilib. Güzəştli ipoteka kreditini almaq istəyən vətəndaşlar bu gündən etibarən müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər. İpoteka Fondu ipoteka kreditləri üzrə güzəştlərdən istifadə edəcək gənc ailələrin siyahısını da açıqlayıb. Fonddan bildirilib ki, şəhid ailəsinin üzvü (ər, arvad, övladlar), Milli Qəhrəman (özü, əri, arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər) ipoteka kreditləri üzrə güzəştlərdən istifadə edə biləcəklər. İpoteka kreditləri üzrə güzəştlər həmçinin üç ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş Müdafiə, Milli Təhlükəsizlik nazirliklərinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularına da (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa) qamil olunacaq. İpoteka Fondu bəyan edib ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər. Xatırladaq ki, iyunun 1-də ölkədə adi ipoteka kreditlərinin verilməsi bərpa edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA